Qadın və media mövzusu müzakirə edildi
7-12-2011, 22:10
Oxunub: 15 646
Bu gün Atatürk Mərkəzində Parlament Jurnalistlər Birliyi və «Lider qadınlar» İctimai Birliyinin təşkilatçılığı ilə «Qadın və media» mövzusunda tədbir keçirilib.
Müzakirələrdə millət vəkili Məlahət İbrahimqızı, ABŞ səfirinin xanımı Zeyno Baran, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, İlhamiyə Rza, Avropa Gəzetəcilər Dərnəyinin Azərbaycan təmsilcisi Afaq Fərzəlibəyova, Nərgiz Cəlilova və digər şəxslər iştirak edib.
Deputat M.İbrahimqızı bildirib ki, «Qadın və media» 1995-ci ildə Pekin konfransında qəbul olunan strategiyada əksini tapan 12 istiqamətdən biridir. Konfransdan kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, çoxları bu istiqamətin özündə nəyi ifadə etdiyindən xəbərsizdir. Halbuki, qadınların idarəetmədə iştirakı,ümumiyyətlə, gender məsələsi dünyanın prioritet məsələlərindəndir və insan inkişafı indeksindən danışarkən nəzərə alınan əsas amillərdəndir.
Tanınmış jurnalist İlhamiyyə Rzayeva yazılı mətbuatdakı vəziyyətin reallığı daha aydın əks etdirdiyini bildirib. Onun fikrincə, sorğu keçirərkən telekanallara media prinsiplərindən yanaşmaq düzgün deyil: «Telekanallar daha çox bir əyləncə mərəkəzi kimi fəaliyyət göstərir və burada qadınlardan vasitə kimi istifadə edilir».
Jurnalist ailəsində böyüdüyünü dilə gətirən ABŞ səfirinin xanımı Zeyno Baran isə ana olan qadınların işgüzar fəaliyyətini vacib amil sayıb.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər