ƏN-yi həbsxanadakı olayla bağlı açıqlama yaydı
9-12-2011, 15:30
Oxunub: 6 825
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisəsində baş vermiş insidentlə bağlı rəsmi məlumat yayıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıxov Bolgexeber.com-a bildirib ki, hadisə Qaradağ rayonu ərazisindəki 2 saylı məntəqə tipli müəssisədə baş verib.
Onun sözlərinə görə, müəssisədə saxlanma rejimi qaydalarını pozduğu üçün cərimə təcridxanasına salınmış məhkumlar Fərid Dadaşov və Faiq Fərəcov dünən saat 20:15 radələrində kameranın qapısını döyərək kanalizasiya xəttində nasazlıq yarandığını və məntəqə əməkdaşlarından onlara yardım göstərilməsini xahiş ediblər.
Məntəqə əməkdaşları qapını açanda onlar əvvəlcədən dəmir çarpayıdan sökdükləri dəmir parçası ilə xidmət əməkdaşlarına hücum ediblər və bir nəfərə xəsarət yetiriblər.
Dadaşov tutularaq yenidən cərimə təcridxanasına salınıb, Fərəcov isə qaçıb.
Sadıxov bildirib ki, Dadaşov cərimə təcridxanasında yastıq üzlüyü ilə özünü asaraq intihar edib.
Xidmət sözçüsü deyib ki, Fərəcov Cinayət Məcəlləsinin narkotik vasitələrin qanunsuz dövriyyəsi (234.1-ci maddə) cinayətinə görə 3, Dadaşov isə soyğunçuluq (180.2.1 və 180.2.2-ci maddələr) cinayətində ittiham olunaraq 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Sonradan onlar məhkəmənin qərarı ilə cəzalarının müəyyən hissəsini çəkdikləri üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmüşdülər.
Faktla bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanıb. PX tərəfindən isə tədqiqat aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər