Ölən polkovniklə bağlı ekspertizanın rəyi
15-12-2011, 12:20
Oxunub: 7 879
DİN-in 2 saylı Poliklinikasının keçmiş rəisinin başından aldığı bir güllə yarasından öldüyü müəyyənləşib
Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev Bolgexeber.com-a açıqlamasında bildirib ki, mərhum başından aldığı bir güllə yarasından dünyasını dəyişib. O, həmçinin qeyd edib ki, indiki mərhələdə ekspertiza mərhumun hansı növ silahdan açılan atəş nəticəsində öldüyünü, silahın hansı məsafədən açıldığını, silahdan atəş açılan zaman zərərçəkənin hansı vəziyyətdə olduğunu araşdırır: “Bütün bunlar tezliklə açıqlanacaq”.
Qeyd edək ki, dekabrın 13-dən 14-ə keçən gecə Yasamal rayonu Əhməd Cəmil küçəsi, 83 saylı binanın qarşısında naməlum kişi meyiti aşkarlanıb. Araşdırma nəticəsində meyiti tapılan şəxsin 50 yaşlı Namiq Fikrət oğlu Ələkbərov olduğu müəyyənləşib. Mərhum başından aldığı güllə yarasında ölüb. Meyitin yanında “Makarov” tipli tapança da aşkar edilib.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə cinayət işi açılıb, istintaq davam etdirilir.
Yasamal rayon prokuroru H. Pirməmmədov APA-ya açıqlamasında qeyd edib ki, hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Araşdırmalar zamanı Namiq Ələkbərovun öldürülməsi faktı təsdiqini taparsa, cinayət işi qəsdən adam öldürmə maddəsinə tövsif oluna bilər.
N. Ələkbərov Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasının rəisi olub, bir neçə il əvvəl təqaüdə çıxıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər