Kəmaləddin Heydərov tikintisi dayandırılan obyektlərdən danışdı
16-12-2011, 14:05
Oxunub: 7 375
“Bu il 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib”.
Bolgexeber.com-un məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 6-cı ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı nazir Kəmaləddin Heydərov deyib.
“Bu il 3300-dək obyektə nəzarət edilib və onlardan 1200-də qüsurların aradan qaldırılması üçün tapşırıqlar verilib, 910 obyektdə tikinti işlərinin müvəqqəti dayandırılmasına dair qərar qəbul edilib”, - Heydərov bildirib.
Onun sözlərinə görə, tikintidə mövcud qanunvericiliyin tələblərinin təmin edilməsi, tikinti obyektlərində təhlükəsizlik norma və qaydalarına əməl olunması, ölkə ərazisində təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq işlər görülüb. Nəticədə obyektlərin əksəriyyətində qüsurların aradan qaldırılmasına nail olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər