BolgeXeber.Com » Müsahibə-Reportaj » Əfvlə bağli PA-da görüş olacaq

Əfvlə bağli PA-da görüş olacaq

21-12-2011, 23:20
Oxunub: 4 762 Hüquq Müdafiəçilərinin Monitorinq Qrupunun təmsilçiləri Əfv Məsələləri Komissiyasının üzvləri ilə görüşlər keçirib.

Məlumatı dekabrın 21-də Bolgexeber.com saytına açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu verib.

Novella Cəfəroğlu bildirib ki, bu həftə yüksək hakimiyyət rəsmisi ilə də görüş olacaq: “Adını açıqlamaq istəmirəm. Həmin şəxslə görüşdə siyasi məhbuslarla bağlı məsələlər təfərrüatı ilə müzakirə ediləcək. Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu Əfv Məsələləri Komissiyasına və prezident İlham Əliyevə məktub göndərib. Məktubda siyasi məhbuslarla bağlı siyahılar təqdim olunub. Hazırda məsələlərə baxılır”.

Novella Cəfəroğlu monitorinq qrupunun ömürlük həbs cəzası çəkən şəxslərlə bağlı məsələ qaldırdığını da qeyd edib: “Onların arasında “OMON”çular da var. Bir qisminin işinə yenidən baxıb azad etmək olar. Məsələn, Elçin Əmiraslanov. O, xəstədir. İki sıravi “OMON”çu da var ki, çoxdan onları azad etmək mümkün idi. Ömürlük məhbusların arasında elə insanlar var ki, kiminsə sifarişi ilə tutulublar. Bəzi şəxslərin törətdiyi cinayət əməli yüngüldür. Onları əfv etmək mümkündür.

“Səid Dadaşbəyli işi” ilə bağlı məsələ qaldırmışıq. Bu işə yenidən baxılmalıdır, proses qapalı keçməməlidir. Çünki məhkəmə qətnaməsində çox qüsur var. Bəlkə də yenidən məhkəmə keçirilsə, onları məhkəmə zalından sərbəst buraxacaqlar”.

Hüquq müdafiəçisi hicab məhbuslarının işinə yenidən baxılması üçün də məsələ qaldırıldığını deyib