BolgeXeber.Com » Müsahibə-Reportaj » İslam Rzayevin Balakəni

İslam Rzayevin Balakəni

25-12-2011, 17:10
Oxunub: 6 291 Rayon sakinləri qan ağlayır

Rəhbərlik Balakəndən redaksiyamıza daxil olan şikayət ərizələrinin coxluğunu nəzərə alaraq bu rayonda baş verən özbaşnalıqları saytımızda işıqlandırmağa qərar verdi. Əlimdə olan ərizələri dəqiqləşdirmək ücün rayonun 1-2 baş biləninə zəng açdım vətəndaşların şikayətlərini onlara telefon vasitəsi ilə catdırım ki, Balakənə getmək ücün 400 km yolu qət etməyim. Ancaq Balakən rayonundan reportaj hazırlamaq qərarın qətiləşməsində adıcəkilən rayonun İcra başcısı İslam Rzayevun xususi xidmətləri oldu. Belə ki, bazar günü redaksiyaya telefon acan İslam Rzayev saytın rəhbərliyini hüquq mühafizə orqanları ilə hədələməkdən belə cəkinməyib. Məmura yaraşmayan danışıqla seçilən rayonun rəhbəri zəng acdığı zaman aşıb -daşmağa başlayıb. Və İslam müəllim bu danışıqla da rayonda baş verən məmur özbaşnanlığının işıqlandırılmasına qərar verdi. Reportaj hazırlayərkən bizə yardımcı olan, rayon rəhbərliyinin əlindən bezara gələn vətəndaşlarının köməyi içimizi daha da asanlaşdırdı. Balakənə qatarla getdik. Səhər saat 11 radələrində artıq rayona çatdıq. Hər yer taksiylə dolu idi. İşsizlikdən hərə özünə bir maşın alıb sürücülük edir. Çörək pulunu bu yolla qazanırlar. Dəmiryol vağzalından istənilən ünvana getmək üçün cəmi 1 manat ödəməlisən. Necə deyərlər, sürücülər sənin nazınla oynamağa razıdırlar ki, təki maşına minəsən. Şəhərin mərkəz hissəsindəki yollar ala-babatdır. Çala-çuxur yerlər çox azdır...

Rayonda fəaliyyət göstərən otel haqda...

Rayonun bayraq meydanın yanında “Qubek” hoteli var. 4 ulduzlu olan hotelin adı eyni adlı dağdan götürülüb. Əsasən Dövlət Neft Şirkətinin işçilərinin istirahəti üçün nəzərdə tutulan bu ünvanda rayona qonaq gələnlər də dincələ bilər. Ancaq bir az baha. Belə ki, “Qubek”də təkcə otaq götürmək üçün günə 70-80 manat ödəməlisən. Yemək sifariş vermək və başqa istəklərinin həyata keçməsi üçün əlini təkrar cibinə salmalısan.
Sakinlərin bizə bildirdiyinə görə “Qubek”hoteldə normal əylənmək və dincəlmək üçün bir həftəyə 800-1000 manat xərcləməlisən: Ona görə də bu oteldən balakənlilərin istifadəsi mümkünsüzdür. Baha olduğu üçün son illər Balakənə gələn turistlərin sayı xeyli azalıb. Burada xərclədikləri pulla bir həftə Antalyada gözəl dincəlmək olar".
Bu otel haqqında hələ kecən ayların birin də Azadlıq qəzetinin əməkdaşı reportaj hazırlayarkən belə yazçışdır: Rayonda olarkən öyrəndik ki, Rövnəq Abdullayevin bu hotelində Neft Şirkətinin işçiləri ildə bir neçə dəfə məcburi istirahət edirlər. Onlar üçün 5 günlük istirahət 200 manatadır. Buna şirkətin heç bir işçisi etiraz edə bilməz. Hər il mütləq və mütləq “Qubek”ə gəlməlisən. Maaşından pul çıxılır və sən məcburi qaydada istirahətə göndərilirsən. Hər il yay aylarında şirkətin əməkdaşları Balakəndən başqa heç bir yerə üz tuta bilməz. Əgər başqa ünvanda istirahət etmək istəsə, ən azı bir günlük də olsun “Qubek”ə gəlməli, adını qeydiyyata saldırmalı, lazım olan məbləği ödəməlidir. Yalnız bundan sonra istədiyi məkana gedə bilər.

Rayon İcra başçısı İslam Rzayev haqqında

Rayonun icra başçısı Islam Rzayev bu ilin 18 mayında vəzifəyə təyin edilib. O, bu posta gələnə qədər Dövlət Neft Şirkətinin Audit Departamentində rəis müavini işləyirdi. Balakənlilər ilk əvvəllər İcra başcısı İslam Rzayevdən şikayətləri olmasa da sonralar təzə icra başcısı ondan əvvəlki başçı Asif Məmmədovun atasına rəhmtə oxutdurmağa başlayıb. Cünkü yeni başcının rayon sakinlərinə qoyduğu od kecmiş başçı Asim Məmmədovun əməllərini unutdurmağa başladı. Sakinlər rayona təyin olunan istənilən icra başçısından heç bir kömək gözləmir. Bilirlər ki, hər gələn yeni başçı onların dərdinə əlac tapmayacaq. Yetər ki, yeni dərd gətirməsin. Camaat birtəhər başını dolandıracaq. Fındıq satmaqla, Rusiyaya üz tutmaqla günü günə calayacaqlar.

Bir maşın odun 350-400 manatdır

Sakinlərin bildirdiyinə görə onların əsas problemi odunla bağlıdır. Balakənlilərin problemlərindən biri də təbii qazın zəif olmasıdır. Daha doğrusu, rayonun əksər yerlərinə qaz çəkilməyib. Bu sahədə müəyyən işlər görülsə də, qışa qədər hansısa irəliləyişin olacağı gözlənilmir. Camaat evi isitmək üçün məcburdur ki, meşələrdən odun gətirsin. Bu da çox çətin işdir. Ona görə də burada ağac kəsmək çox çətindir. Əslində Azərbaycanın çox meşələri qoruq elan edilib. Ancaq bu qoruqlara diqqət yetirən yoxdur. Ağaclar bir yandan kəsilir. Bu hal Balakəndə də belədir. Sakinlər isə bizimlə söhbətdə bildirdilər ki, oradan da istifadə etmək səlahiyyəti üç-dörd nəfərə verilib. Bu isə odunun qiymətini ceyran belinə qaldırıb. Bir maşın odun almaq istəyən 350-400 manat ödəməlidir. Maddi durumu zəif olan şəxslərin bu məbləği ödəməyə gücü çatmır. Nəticədə sobaları odunsuz qalan ailələr isinmək üçün çör-çöp yığmağa məhkumdurlar...
Vətəndaşların bildirdiyinə görə, Balakən meşəsində qiymətli ağaclar bir ucdan qırılıb tükənməkdədir. Həmin ərazilərə nəzarət edən meşəbəyləri peşəkar meşə qıran dəstələrlə qiymətli ağacları sifarişlə, ağır texnikanın köməkliyi ilə qırır, sonra isə satırlar. Düzənliklərdəki meşə əraziləri qırılıb tükənib. Hüquq-mühafizə orqanları isə bunun qarşısını almır, əksinə onlarla birlikdə meşələrdən qiymətli ağacların qırılıb satılmasında iştirak edirlər.
Qeyd edək ki, bundan əvvəlki müdir Nazir Hüseyinqulu Bağırov tərəfindən cəzalandırılmışdı.
Nazirin əmrində göstərilirdi: Balakən Meşə Mühafizəsi və Bərpası Müəssisəsində aparılan yoxlamalar zamanı ciddi qanun pozuntularına yol verildiyi aşkarlanıb. Nazirliyin açıqlamasına görə, ayrı-ayrı müəssisələrin vəzifəli şəxslərinin yarıtmaz fəaliyyəti nəticəsində meşə qanunvericiliyinin tələblərinin pozulması faktlarının qarşısını tam almaq mümkün olmayıb. Qeyd edək ki, əvvəlki illərlə müqayisədə qanunsuz meşəqırmaların miqdarı 23 faiz azalıb.
Bundan əlavə olaraq adıcəkilən idarə ilə bağlı Goggle sitemində axtariş verərkən daha dəhşətli faktlara rast gəldik. Belə ki, qəzetləri yazdığına görə Balakən MMBM-nin, xüsusilə, Katex və digər meşəbəyliklərində 40000 kubmetrdən artıq 2818588000 köhnə manat köküstü nırx dəyərində olan fıstıq, vələs cinslərindən ibarət; cəmi isə yuxarıda göstərilən meşə müəssisələri üzrə rəsmi qeydiyyata alınmamış, rəsmiləşdirilməmiş 329500 kub metr həcmində 21223117400 köhnə manat, yəni 4244623,48 yeni manat köküstü nırx dəyərində olan ağaclar kök üstündən qanunsuz kəsilərək həmin müəssisələrin rəhbərləri tərəfindən nazirliyin yuxarıda göstərdiyim məmurlarının narazılığı əsasında şəxsi mənfəətləri üçün göstərilən məbləğdən də artıq qiymətlərlə mebel sexlərinə, ağackəsmə sexlərinə və digər potensial alıcılara qanunsuz satılmışdır. Rayon sakinlərinin verdiyi digər informasiyaya görə hətda təzə başcı təzə evini tikdirmək ücün rayonun meşəsində olan ağacardan istifadə edir. Bu da meşə idarəsinin rəhbərinin İcra başcısına olan “hörmətidir”.
Bir sözlə Baləkən meşələrində baş verən qanunsuzluqlarla bağı nəqədər desən fakt saymaq olar.

İslam Rzayevin Balakəni

Bu repotajı redaksiyada müzakirə eərkən yekdilliklə belə bir başlıq cıxardıq. Səbəb isə rayonda baş verənlərləri eşitməyimizlə bağlıdır. Vətəndaşların bildirdiyinə görə rayonda abadlıq adı altında iş görən başcı bu işlərin görülməsi ücün “tender” elan edir. O “tender”i də o adamlar udur ki, onlar İslam Rzayevi “görsünlər” və ona “şirinlik” versinlər. Bundan əlavə olaraq sakinlər bildirdilər ki, rayonda istənilən idarənin müdiri hər bir işi görəndə başcının “məlumatlı” olmasını bilirlər. Bir sözlə İslam Rzayevin xəbəri olmadan rayonda quş qanad aca bilməz.






Bakı-Balakən-Bakı.

Ariz Səlimov