Misir Mərdanov yenə tənqid atəşinə tututldu
28-12-2011, 12:25
Oxunub: 6 370
“Mərkəzləşmiş imtahanlarla bağlı təkliflərimizi Təhsil Nazirliyinə göndərsək də, nəticələrdə irəliləyiş görmürük”
“Bu il orta məktəbləri 100 min məzun bitirib. Onların 20 faizi attestat ala bilməyib, 19,63 faizi attestat alıb, imtahanlarda iştirak üçün sənəd versə də, iştirak etməyib. Məzunların 32 faizi qəbul olmayıb, qalanları isə müxtəlif ballarla ali təhsil müəssisələrinə və orta ixtisas məktəblərinə qəbul olublar. Belə çıxır ki, 70 faizdən çox məzun əmək bazarına məktəbdə olan biliklərlə daxil olurlar”.
APA-nın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, gələcəkdə həmin şəxslər əmək bazarındakı rəqabətə davam gətirə bilməyəcəklər: “Mərkəzləşmiş imtahanlar keçirilirsə, belə nəticələr olmamalıdır. Nə üçün 3 ildir qəbul imtahanlarından əvvəl keçirilən mərkəzləşmiş imtahanların nəticələrinə əsasən, 0-100 bal toplayan uşaqlara attestat verib, TQDK-ya göndərir?”.
M. Abbaszadənin sözlərinə görə, attestat ala bilməyən 20 min gəncin taleyi də narahatlıq doğurur: “Orta məktəblərə keçirilən buraxılış imtahanlarının nəticələri də bu uşaqların taleyinə təsir edib. 2009-cu ildən başlayaraq biz mərkəzləşmiş imtahanlarla bağlı təkliflərimizi Təhsil Nazirliyinə göndərmişik, lakin bu 3 il ərzində bu imtahanların nəticələrində irəliləyiş görmədik. Bu problemlər birgə müzakirə olunmalıdır. 2002-ci ildən biz attestat qiymətləri ilə qəbul imtahanlarının nəticələrini müqayisə edib Təhsil Nazirliyinə məlumat vermişik. 2003-cü ildən isə bununla bağlı ictimaiyyəti məlumatlandırmağa başlamışıq. O zaman əlaçıların sayı 4500-dən çox idi. İndi əlaçıların sayı xeyli azalsa da, 0-100 bal nəticə göstərən əlaçılar hələ də var”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər