Fahişəxanadan gizli reportaj (FOTO +18)
7-04-2015, 16:34
Oxunub: 9 903
Türkiyədə fahişə qadınların xidmət göstərdiyi “Pembe ev” adlanan gizlin oteldən reportaj hazırlanıb
Adam Içində Türkiyədə fahişə qadınların xidmət göstərdiyi “Pembe ev” (Çəhrayı ev) adlanan gizli oteldən reportaj hazırlanıb.
Yüngül əxlaqlı qadınların toplaşdığı evdən hazırlanan reportaj böyük marağa səbəb olub.
Türk jurnalistlərin hazırladığı reportajda əxlaqsız qadınların xidmətləri, onların görünüşləri olduğu kimi şərh olunur. Jurnalistlər ilk öncə fahişəxananın girişində dəmir qapı olduğunu bildiriblər. Girişdə xüsusi mühafizə xidməti fahişəxananı qoruyurdu.
Burada müştərilərlə danışmaq qadağan olduğu üçün qadınlar xüsusi hərəkətlərlə kişilərin ağlını başdan alırlar. Oturuşları, baxışları və üzlərindəki mimika ilə tərəddüd içində olan müştəriləri belə yoldan çıxarırlar.
Fahişələrin çoxu elə burada qalırlar. Qadınların bəziləri isə müştərilərin istəyinə görə evlərə də gedirlər.
Fahişələrin çoxu buranı evləri kimi əziz bilirlər. Onlar fahişəxananın sahibinə “ata”, oranı idarə edən qadına isə “ana” deyə müraciət edirlər. Fahişəxananı işlədən “ana” isə elə oranın sahibinin arvadıdır. Fahişəxanada xüsusi iş otağı ayrılıb. Qapıdan isə “Giriş qadağandır” yazısı asılıb.
Yaradılan bütün şəraitlərlə bərabər, burada ağır qanunlar da hökm sürür. Bu səbəbdən də, buradakı fahişələr özlərinə məhbus kimi hiss edirlər. Burada onlara pəncərədən baxmaq, icazəsiz çölə çıxmaq qadağandır. Hətta müştərilərə “buyurun” demək belə fahişələrə qadağan edilib.
Ən əsası isə burada hər yer çəhrayı rəngdədir. Bu səbəbdən də, bu fahişəxananı “Pembe ev” (Çəhrayı ev) deyə adlandırırlar.anspress
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər