İstintaq ilk üzləşdirmələrə başladı
11-01-2012, 17:45
Oxunub: 6 850
Vasif Turan və qaynanası Gülxanım Umudova Rəsul adlı şəxslə üzləşdirilib
Oktyabrın 7-də Qobu qəsəbəsindəki evinin yanması nəticəsində iki övladını itirən Bolgexeber.com saytının rəhbəri Vasif Turan bu gün istintaqa dəvət olunub. Bu barədə Bolgexeber.com-a məlumat verən Vasif Turan deyib ki, Fövqəladə Hallar Nazirliyi Baş İstintaq-Əməliyyat İdarəsinə çağırılmasına səbəb üzləşdirmə ilə bağlı olub.
Baş redaktor deyib ki, baş müstəntiq Qəhrəman Məmmədovun dəvəti ilə nazirliyə gedib və orada istintaqda adları keçən şəxslərdən biri ilə üzləşdirilib. «Qobudakı evimizə gələrək, uşaqlarımı, ailəmi təhdid edənlərdən biri Kərpic Zavodunun direktoru Rəsul adlı şəxs olub. İstintaqda da onunla üzləşdirmə aparılıb. Hansı ifadəni vermişdimsə, onun da üzərində dayandım. Qarşı tərəf də həqiqətən də yazdıqlarımın bir qismini təsdiqləyib. Lakin o, evimin yandırılmasında heç bir rolunun olmadığını deyib».
V.Turan daha sonra bildirib ki, üzləşdirməyə həmçinin qayınanası Gülxanım Umudovanı da dəvət ediblər. Belə ki, Rəsul adlı şəxs ilk dəfə G.Umudovanın evinə gəlib və orada evləri tərk etməyi tələb edib. «Qayınanam da təsdiqlədi ki, həqiqətən Rəsul onların evinə gələrək, mənzillərini tərk etməyini tələb edib. Əks təqdirdə, bu evləri başlarına yıxacağı ilə təhdid edib».
Vasif Turan sonda onu da qeyd edib ki, istintaq işini davam etdirir. Lakin onu narahat edən bir məqam var ki, o da ekspertizanın rəyinin açıqlanmamasıdır. «Hadisənin üzərindən artıq 4 aya yaxın vaxt keçib. Amma hələ də yanğının baş vermə səbəbləri ilə bağlı ekspertiza rəyi açıqlanmayıb. İşin bu qədər uzanmasından narahatam».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər