BolgeXeber.Com » Müsahibə-Reportaj » “Azərbaycanın Hacıbala kimi dəlisifət rüşvətxoru var“ - Hafiz Hacıyevdən şok açıqlama

“Azərbaycanın Hacıbala kimi dəlisifət rüşvətxoru var“ - Hafiz Hacıyevdən şok açıqlama

25-06-2015, 13:51
Oxunub: 1 765 “Azərbaycanın Hacıbala kimi dəlisifət rüşvətxoru var“ - Hafiz Hacıyevdən şok açıqlama“Azərbaycanı Ukrayna variantına çevirmək üçün planlar hazırlayırlar və bu planlar da artıq hazırdır. Bu planın icrasın da Hacıbalalar edəcək”

Bunu Pia.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Freedom House”un Azərbaycanla bağlı hazırladığı hesabata münasibət bildirərkən deyib.

Azərbaycanın ən avtoritar ölkələr qrupuna salınmasına münasibət bildirən partiya sədri qeyd edib ki, bu təşkilatların hazırladıqları Bakıda oturub xaricə işləyən insanların verdikləri hesabatlardır:

"Beynəlxalq təşkilatların hazırladıqları bu çür hesabatlar yanlış hesabatlar olur. Yəni onlar elə hesabat hazırlayırlar ki, deyirsən, otaqdan çıxaq görək, həqiqətənmi, Azərbaycanda belə bir hadisələr baş verir?! O təşkilatların yazdıqlarını müşahidə etmirik. Onların yazdıqları Bakıda oturub xaricə işləyən insanların verdikləri hesabatlardır. Bu çür hesabatlar da, reallığa söykənmir. Bildiyimiz kimi, indi Azərbaycanı hərtərəfli qərəzli tənqid edirlər. Bu işləri də görən hakimiyyətin daxilində olan müəyyən qüvvələrdir. Hakimiyyətin özü şərait yaradıbdır ki, bu gün xaricdə yerindən duran Azərbaycanın üstünə hücuma keçib. Bu problemləri Azərbaycanın daxilində axtarmaq lazımdır. Azərbaycanda aparılan quruculuq işləri xarici dövlətləri, əlbəttə ki, qıcıqlandırır. Düzdür, mən demirəm ki, Azərbaycanda hər şey çox yaxşıdır. Azərbaycanın Hacıbala kimi bir dəlisifət rüşvətxoru var. Azərbaycanda turistlərin üstünə maşın sürdürüb öldürtdürən nazirləri də var. Bunların hamısı da ona görə edilir ki, Azərbaycan xarici dövlətlərin, bəzi rəsmi dairələrin tənqid obyektinə çevrilsin.

Hafiz Hacıyev; "Azərbaycanı çox böyük fəsadlar gözləyir"

Bu proseslərin hamısında da Azərbaycan məmurlarının əli var. Avropa Şurasının Azərbaycanla bağlı qəbul etdiyi son qətnamə reallığı əks etdirmir. Yenə də qeyd edirəm ki, Azərbaycanı çox böyük fəsadlar gözləyir və biz hər an hər təhlükəyə hazır olmalıyıq. Mən o cür təşkilatları qınayıram, amma bir tərəfdən də çox təəssüflənirəm ki, bizim daxilimizdə bu cür satqın məmurlar var və onlar da o təşkilatlara dəstək verirlər”.

Hafiz Haciyevin sözlərinə görə, Azərbaycanın bu hala düşməsini həm də daxildə, məmurlarımızın fəaliyyətində axtarmalıyıq: "Öncə bizim içimizdə saflaşma, təmizlənmə aparılmalıdır. Nə qədər ki, bu təmizlənmə getməyibdir (elə sizin sayta müsahibəmdə də demişdim. H.H) Azərbaycanı çox böyük fəsadlar gözləyir. Azərbaycanı Ukrayna variantına çevirmək üçün planlar hazırlayırlar və bu planlar da artıq hazırdır. Bu planın icrasın da Hacıbalalar edəcək. Bildiyimiz kimi, Hacıbalanın qohumu Kərimov Əlinin tərəfinə keçib. Bu zaman sual yaranır ki, bəs Hacıbala niyə hakimiyyətdə oturub? Hacıbalakimilərdir o rəqəmləri, hesabatları verən. Onlar prezidentin üzünə gülürlər, amma arxadan da bütün xarici təşkilatlara işləyirlər. Biz xarici dövlətləri çox da günahlandırmamalıyıq. Çünki Azərbaycanın bu hala düşməsini öz daxili məmurlarımızda axtarmalıyıq. Onların istəyi budur ki, prezidentin başı xarici dövlətlərə qarışsın və yığdıqları rüşvətlər, Hacıbala kimi vəhabilərə payladıqları pullar yaddan çıxsın. Nəyə görə araşdırılmır ki, qəza törədən sürücü başıxarab idi? Əgər belədirsə, onda niyə işə götürəndə bilmirdilər? Çünki bunların hamısı qurulmuş plandır”.

Qeyd edək ki, ötən gün "Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı "Keçid dövrünün ölkələri – 2015” hesabat hazırlayıb. Hesabat 2014-cü il üçün Şərqi Avropanın, postsovet məkanının və Balkan yarmadasının 29 ölkəsini əhatə edir. Bu hesabatda Avrasiya regionunda demokratiya baxımından yalnız iki ölkədə yaxşılaşma qeydə alınıb: Gürcüstan və Ukrayna. Azərbaycan isə Tacikistan, Rusiya, Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistanla birgə ən avtoritar ölkələr qrupunda yer alıb.