İlham İsmayılovun qaranlıq keçmişi...
17-10-2010, 12:35
Oxunub: 7 114

“Klassik A.İ.”-nın rəhbəri indi də Qafar Əliyevi özünə ağsaqqal seçib
İlham İsmayılov adı cəmiyyətə o qədər bəlli olmasa da, salyanlılar hər dəfə namizədliyini irəli sürüb, uduzan namizədi yaxşı tanıyırlar. 2000 və 2005-ci il parlament seçkilərində namizədliyini irəli sürsədə, deputat seçilə bilməyən İ.İsmayılov bu dəfə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri kimi seçkiyə qatılır. Əvvəlki seçkilərdə mərhum akademikin (İlham İsmayılovdan fərqli olaraq, dəyərli insan olan mərhum akademikin adını hər yerdə çəkmək istəmirik) adından sui-istifadə etsə də, uğur qazana bilməyib.
Ailənin adından sui-istifadənin cəzasını çəkdiyi üçün İsmayılov bu dəfə özünə arxa olaraq, Qafar Əliyevi seçib. Azərbaycan Respublikası Prezidenti İcra Aparatı İctimai-Siyasi şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri olan Qafar Əliyev öncə, İsmayılovu Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri “yaparaq” onun ictimailəşməsi prossesini aparıb, ancaq quyuya su tökməklə sulu olmayacağını anlayınca, öz yaxınını – Asəf Abbasovu ona köməkçi verib ki, yeri gələndə o danışsın. Bir sözlə, İsmayılovun pulu ilə Qafar Əliyevin ağlı birləşib və ortaya ATXƏM çıxıb.
Akif Kərimov, Zeyqəm Süleymanov kimi nüfuzlu insanları da min bir xahişlə ATXƏM-ə üzv edən İ.İsmayılov-Q.Əliyev cütlüyü bununla da özlərini güclü göstərmək istəyirlər. Ancaq keçmişi qaranlıq olan ikilinin bu seçkilərdə uğur qazanacağı o qədər də ciddi ehtimal sayılmır. Xüsusilə, köhnə cəbhəçi olan İlham İsmayılovun müxalifətə zaman-zaman etdiyi yardımlar Qafar Əliyevin də kürsüsünü laxladıb. Köhnə “doğruyolçu”nun (Bu barədə növbəti yazımızda açıqlama verəcəyik) kurasiyasında olan qəzetin qara siyahıya alınması da İlham İsmayılova yetərli yardım edə bilməyəcəyini göstərir.
www.yenicag.az
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər