BolgeXeber.Com » Müsahibə-Reportaj » Roza Zərgərli: Qadın bədəninin gözəlliyini nümayiş etdirirsə, bu eyib deyil – MÜSAHİBƏ + FOTO

Roza Zərgərli: Qadın bədəninin gözəlliyini nümayiş etdirirsə, bu eyib deyil – MÜSAHİBƏ + FOTO

10-07-2015, 10:40
Oxunub: 16 888 Roza Zərgərli: Qadın bədəninin gözəlliyini nümayiş etdirirsə, bu eyib deyil – MÜSAHİBƏ + FOTO“Səhnəyə gələn gündən geyimlərim cəsarətli olub”

Bolgexeber.com oxu.az-a istinadən müğənni Roza Zərgərli ilə müsahibəni təqdim edir:

-Sizi həmkarlarınızdan fərqləndirən cəhət hansıdır?

-Hər halda mənim işgüzarlığım. Çünki mən sənətimdən doymuram və işimdən yorulmuram.

- Fərqindəsiniz ki, daxili aləminizi hər adam anlayıb, qəbul edə bilmir. Kənardan çətin xasiyyətli insan təsiri bağışlayırsınız…

-Bəli, mənim daxili aləmimi hər insan anlayıb qəbul edə bilmir. Ona görə də bəzi insanlar məni cox istəyir, bəziləri isə yox. İnsanalar mənim daxili aləmimi tanımaq üçün məni şəxsən tanımalıdılar. Lakin sənətimlə bağlı hər insan məni şəxsən tanıya bilməz. Ona görə də kənardan çox cətin görünürəm. Əslində çox çətin insanam.

- Anar Ağakişiyevlə indi münasibətləriniz necədir? “Maşın” şouda aranızda qalmaqal yaşanmışdı…

- Bu sualı yaxşı eşidə bilmədim, ona görə də cavab verə bilmirəm. Dərhal başqa suala keçək (gülür).

- Şou-biznesin özünü də siyasət hesab etmək olarmı?

-Ən böyük siyasət elə şou-biznesdədir. Şou biznesdən baş açan insan balıq suda üzdüyü kimi hərəkət edə bilər.

-Özünüzü güclü qadın hesab edirsiniz?

-Özümü güclü qadın hesab etmirəm. Çünki mən elə güclü qadınam. Bu danılmaz bir faktdır. Yəni hesab etmək başqa şeydir, güclü qadın olmaq başqa. Mən çox güclü qadınam.

- Müğənni, aparıcı, indi isə münsif oldunuz. Daha sonra oxucular sizi hansı ampulada görə biləcəklər?

-Əvvəl müğənni, sonra rejissor, aparıcı, prodüser, layihə rəhbəri. Və artıq 4 ildir dünyada səs salmış bir neçə festivalların fəxri münsif kürsüsündə əyləşirəm. Hazırda isə Qırğızıstanda keçiriləcək ikinci “Meykin-Asiya” beynəlxalq festivalına fəxri münsif üzvü qismində dəvət almışam. Oxucular məni zamanla işgüzarlığımın nəticəsi olaraq başqa ampulada da görə biləcəklər.

-Son zamanlar dekolteli geyimlərinizlə tez-tez gündəmə gəlirsiniz. Geyimlərinizi özünüz seçirsiniz, yoxsa hansısa modelyerlə çalışırsnız?

-Səhnəyə gələn gündən geyimlərim cəsarətli olub. Amma dekoliteyə gəldikdə, şou-biznesdə məndən də açıq-saçıq, dekolitədə gəzən mügənnilər var. Əgər bir xanımın harasısa gözəldirsə və onun mövcudluğunu nümayiş etdirirsə, bu eyib deyil. Çünki biz səhnə insanlarıyıq. Real həyatda mən dekolitə geyinmirəm. Əksər hallarda mən idman geyimi geyinirəm. Lakin səhnədə hər şey qəbuldur. Kim isə bunu qəbul etmirsə, bu həmin adamın şəxsi və psixoloji problemidir.

-Sizin doğma övladlarınızın sayı neçədir? Mətbuatda hərdən bu haqda yazılar dərc olunur. Gah iki, gah üç, gah da dörd övladnız olduğu deyilir. Hətta övladlığa uşaq götürdüyünüz, sizin doğma övladınızın olmaması xəbərləri ilə də rastlaşırıq…

- İki oğlum, iki qızım var. Dördü də mənim doğma övladlarımdır. Nə övladın, nə də ananın ögeyi olmur.

-Müğənnilər arasında gözəllik yarışması keçirilsəydi, özünüzü hansı həmkarınızdan ön və hansından arxa pillədə görərdiniz?

-Azərbaycan qadınları və şou- biznesində olan bütün xanımlar məndən gözəldir. Sadəcə mənim daxilim gözəl olduğundan bir qədər daha gözəl görünürəm.
Bolgexeber.com