Mirşahin ANS-dəki qalmaqala aydınlıq gətirdi
7-02-2012, 19:20
Oxunub: 6 592
“Əgər məlumat bayıra sızmasaydı mən bu barədə danışmayacaqdım.
Amma madam ki, artıq “Ən yeni tarix”in son çəkilişi zamanı baş verənlər 3-cü əldən çıxır, qoy elə onda birinci mənbədən yayılsın”.
Bolgexeber.com xəbər verir ki, bunu Anspress-ə açıqlamasında "Ən yeni tarix" teleensiklopediyasının müəllifi Mir Şahin Pənah Hüseynlə Əfşar Süleymaninin qarşıdurmasına aydınlıq gətirərkən deyib. O, bildirib ki, "Ən yeni tarix"in son verilişini bu qarşıdurmaya görə, yarımçıq saxlamalı olub: ““Azərbaycanın müstəqilliyi dövründə İran-Azərbaycan münasibətləri” mövzusunda hazırladığımız bu verilişə qonaq çağırılmış şəxslər arasında Azərbaycanın keçmiş baş naziri Pənah Hüseyn və İranın Azərbaycanda səfiri olmuş Əfşar Süleymani də var idi. Verilişdən əvvəl qonaqlar, o cümlədən Əfşar Süleymani və Pənah Hüseyn birlikdə idilər. Onlar arasında qarşılıqlı ikrah, ya da qəbul etməmək kimi hallar hiss etmədim. Studiyaya da hamı ilə birlikdə getdilər. Təxminən yarım saat hər şey qaydası üzrə gedirdi. Mübahisə isə Əfşar Süleymaninin Elçibəy hakimiyyətinin İran siyasətini xatırlatmasından sonra baş verdi. Mən bu hadisəni Azərbaycanda debat və diskussiya mədəniyyətimizdəki problemlərlə izah edirəm".
ANSpress verilişin efirə veriləcəyini də qeyd edib: “Qısası, hər şeyi öz gözünüzlə görəcəksiniz. Əgər fevralın 9-da saat 23.00-da ANS-in “Ən yeni tarix” ensiklopediyasını izləsəniz... Unutmayın. Veriliş təkrarsızdır!”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər