BolgeXeber.Com » Müsahibə-Reportaj » Bəzi mətbuat orqanlarında yazılanlar Sabrirabadda olanları əks etdirmir

Bəzi mətbuat orqanlarında yazılanlar Sabrirabadda olanları əks etdirmir

7-03-2012, 13:15
Oxunub: 6 310 İlham Əsgərov: Sabirabadla bağlı kim ətraflı məlumat almaq istəyirsə onu rayoan dəvət edirik

Son zamanlar mətbuatda Sabirabadla bağlı yazılan yazılar birmənalı qarşılanmır. Bunla bağlı redaksiyamıza müraciət edən Sabirabad Rayon İcra hakimiyyətinin İctimayətlə əlaqələr şöbəsinin müdiri İlham Əsgərov bəzi mətbuat orqanlarında Sabirabadla bağlı həqiqətə uyğun olmayan yazılar dərc olunur. “Kim həqiqəti görmək istəyirsə buyursun gəlsin Sabiabada, hər şeyi öz gözü ilə görsün”. Daha sonra İlham Əsgərov aşağıdakıları biıldirdi. Keçən ilin ən mühüm hadisəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mayın 5-də rayonumuza tarixi səfəri olmuşdur. Həmin səfər çərçivəsində dövlət başçısı daşqına məruz qalmış Əsgərbəyli-Qasımbəyli kəndlərinə yeni çəkilmiş 15 kilometrlik yolun açılışında iştirak etmiş, Qasımbəyli kəndində əsaslı təmir olunmuş tam orta məktəblə tanış olmuş, içtimaiyyətin nümayəndələri ilə görüşərək əhalini narahat edən problemlərlə maraqlanmış, onların aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini vermişdir. Bu səfər rayon əhalisi tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmış və onlarda yüksək əhval-ruhiyyə yaratmışdır. Cənab Prezidentin Sərəncamı ilə yaradılmış Dölət Komissiyası tərəfindəən evlərə baxış keçirilmiş, əhaliyə dəymiş ziyanın həcmi müəyyənləşdirilmişdir.

Təbii fəlakətdən ötən müddət ərzində rayonun ayrı-ayrı kəndlərində 1078 yeni ev tikilmiş, Ulacalı kəndində 50 ailə üçün qəsəbə salınmış, hazırda 362 ev inşa olunur. 80 evdə bərpa-gücləndirmə işləri aparılmış, 12 sosial obyek əsaslı təmir olunmuşdur. Fəlakət zonasında ziyan çəkmiş digər evlərlə əlaqədar tədbirlər davam etdirilir.

Dəymiş ziyana görə indiyə kimi rayon əhalisinə 12 milyon manatadək müxtəlif təyinatlı kompensasiyalar verilmişdir Gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə Kür-Araz çaylarının 188,6 kilometr uzunluğunda mühafizə bəndləri möhkəmləndirilmişdir.
Cənab Prezidentin 2011-ci ilin may ayının 5-dəki rayonumuza səfəri hesabat dövründə böyük lahiyyələrin həyata keçirilməsinə imkan yaratmışdır.

«Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 25 may 2011-ci il tarixli Sərəncamı ilə dövlət başçısı Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kəndlərinin 16 min nəfərdən artıq əhalisinin və digər qonşu kənd sakinlərinin rayon mərkəzinə olan məsafəsini dəfələrlə qısaldacaq yeni körpünün tikintisi üçün sərəncam vermişdir. Uzun illər sabirabadlıların arzusunda olduqları Kür çayı üzərində körpünün tikintisi başa çatırılmaq üzrədir. Muğan və Şirvan düzlərini əlaqələndirən bu körpü həmçinin ətraf rayonlar üçün də stateji əhəmiyyət daşıyır.
Ölkə rəhbərinin «Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 21 iyul 2011-ci il tarixli digər Sərəncamı ilə 34 min nəfərin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometr uzunluğunda Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun tikintisininin davam etdirilməsi məqsədilə 7 milyon manat məbləğində vəsait ayrılmışdır. Lahiyə keçən ilin noyabrında tamamlanaraq sakinlərin istifadəsinə verilmişdir.

Cənab Prezidentin «Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında» 23 avqust 2011-ci il tarixli Sərəncamı ilə rayonun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrinə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 min manat vəsait ayırmış, bu istiqamətdə işlərə artıq başlanmışdır.

Dövlət başçısının tapşırığı ilə Sabirabad şəhərinin əhalisi üçün uzun illər problemə çevrilmiş, həm də yoluxucu xəstəlik mənbəyi olan «Axmaz» su hövzəsinin qurudulması işlərinə də başlanılıb. Nazirlər Kabinetinin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə bu məqsəd üçün ilkin olaraq bir milyon manat vəsait ayrılıb.
Hacıqabul-Sabirabad-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun bərbad vəziyyətdə olmasından əhali əziyyət çəkirdi. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş lahiyə əsasında qeyd olunan yol yenidən qurulur. Hazırda yolun 7-ci kilometrliyində 1962-ci ildə tikilmiş Kür çayı üzərindəki körpüdə də əsaslı təmir işləri başa çatmaq üzrədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na (2009-2013-cü illər) uyğun olaraq hesabat ilində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, mövcud sosial problemləri həll etmək istiqamətində əsaslı işlər görülmüşdür.

Ötən il ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 282,2 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 2,1 dəfə yüksələrək 83,7 milyon manat təşkil etmişdir.
Yerli sahibkarlığın inkişafı üçün əməli praktik işlər görülmüş, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi xeyli artaraq kənd təssərüfatında 100 faiz, sənayedə 32,2 faiz, tikintidə 26,8 faiz olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 90,9 faizi, pullu xidmətin 90,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Bu sahənin bilavasitə inkişafında yerli bankların və qeyri-hökumət təşkilatlarının imkanlarından istifadə olunmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə rayon üzrə 14 yeni müəssisə yaradılmış, 539 daimi iş yeri açılmışdır.

Rayon ərazisində 36 ticarət və iaşə obyektləri inşa olunmuş, əhalinin vəsaiti hesabına ümumi sahəsi 51,8 min kv metr olan 368 fərdi yaşayış evi inşa edilmiş, onların tikintisinə 4,3 milyon manatdan çox vəsait xərclənmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində aqrar bölmənin inkişafında irəliləyişlər əldə olunmuşdur. Rayonun kənd təsərrüfatı işçiləri istehsal etdikləri məhsullarla rayonun daxili təlabatı ilə yanaşı, respublikanın ərzaq və kənd təsərrüfatı məhsulları bazası rolunu da oynayırlar. Ötən il rayonumuzdan Bakıda təşkil olunmuş yarmarkalarda iki min tondan çox kənd təsərrüfatı məhsulları satılmışdır. Torpaq istifadəçiləri idarəetmənin mütərəqqi üsullarından istifadəyə xüsusi əhəmiyyət verirlər. Ötən il Axısxa və Çölbeşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək istehsal kooperativləri yaratmışlar. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən heç bir girov qoyulmadan kredit verilməsi bu təsərrüfatların səmərəli fəaliyyətinə əminlik yaradır.

Hesabat ilində kənd təsəərrüfatında ümumi məhsul istehsalı 27,3 milyon manat artaraq 141,9 milyon manata çatmış, 2010-cu illə müqayisədə 24 faiz artım əldə edilmişdir. 2011-ci ildə 17486 hektarın taxılı yığılmış, 54100 ton taxıl istehsal olunmuşdur. Bu da əvvəlki ilə müqayisədə 18,4 min ton və ya 52 faiz çoxdur. Pambıq istehsalı da 2010-cu illə müqayisədə 1875 ton və ya 90 faiz artaraq 3815 tona çatdırılmışdır.

Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə 2011-ci ildə müəyyən işlər görülmüşdür. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılmışdır. Yolcubəyli kəndində kabelləşmə işləri artıq yekunlaşıb, burada «Smart» kart tipli yeni elektron sayğaclar quraşdırılıb.

Dövlət başçısının tapşırığı ilə 2013-cü ilədək ölkəmizdə bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcəkdir. Bu istiqamətdə Sabirabad rayonunda da işlər sürətlənib. Hesabat ilində 1144 evə qaz xətti çəkilmiş, abonentlərin sayı 6490-a çatdırılmışdır. Rayon mərkəzində 19 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilmiş, bununla da şəhərin bütün kommunal yaşayış binalarının mavi yanacaqla təminatı başa çatdırılmış, Kürkəndi və Qalaqayın kəndlərinə təbii qazın verilişi təmin edilmişdir.

Şəhərin təbii qazla təmin edilməyən 27 küçəsindən 15-ində bu işlərə başlanılıb. Nərmankənd, Qaratəpə, Ulacalı, Bulduq və Mürsəlli kəndlərinə isə qaz verilişi yaxın günlərdə təmin ediləcəkdir. 2012-ci il ərzində şəhərin bütün küçələrinin və kəndlərin qazlaşdırılması üçün artıq lahiyə-smeta sənədləri hazırlanmışdır.
Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə rayonun 16 kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, 3-də isə son tamamlama işləri aparılır və yaxın günlərdə istismara veriləcəkdir. Sabirabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlərə start verilmişdir. Su təmizləyici qurğuların və nasos stansiyaların yerləri müəyyənləşdirilmiş, şəhərin müxtəlif yerlərində 8 kanalizasiya nasos stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tender keçirilmiş, yaxın zamanda işin icrasına başlanacaqdır.

2011-ci ildə yerli büdcə hesabına Muradbəyli, Zəngənə kənd tam orta və Surxayoba kənd ümumi orta məktəblərində, şəhərin 4 saylı və Azadkənd uşaq bağçalarında əsaslı təmir işləri aparılmışdır. Ulacalı kənd tam orta məktəbində ibtidai siniflər üçün binanın tikintisi başa çatdırılmışdır.

İstismar müddətini başa vurduğuna görə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbin binası sökülərək yerində müasir standartlara cavab verən yeni layihə əsasında üç mərtəbəli 1176 şagird yerlik məktəb binasının inşasına başlanmişdir. . Hacı Zeynalabdin Tağıyev adına 6 saylı şəhər tam orta məktəbin bərpa-gücləndirilməsi və 200 şagird yerlik əlavə sinif otaqlarının tikilməsi üçün layihə sənədləri hazırlanır. Ümumilikdə 1210 şagird yerlik E.Nadirov adına 8 saylı şəhər, Nərimankənd, Yuxarı Axtaçı kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi, 1176 şagird yerlik Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin və 2 saylı şəhər uşaq bağçasının əsaslı təmiri sürətlə aparılır.
Tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində keçən il Yolçubəyli kənd həkim məntəqəsi Yaponiya səfirliyinin maliyyə vəsaiti ilə yeni üslubda tikilərək istifadəyə verilmiş, Prenetal Mərkəz müasir tibbi avadanlıq və cihazlarla təmin edilmişdir.

Bu il rayonda mərkəzi xəstəxana üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.

2012-ci ilin «İdman ili» elan edilməsi ölkəmizdə bir daha gəncliyə diqqətin parlaq təzahürüdür. Bununla əlaqədar artıq tədbirlər planı hazırlanıb, aidiyyəti qurumlara lazımi tapşırıqlar verilmişdir. Rayonumuzda dövlət başçısının təşəbbüsü ilə tikilən Olimpiya İdman Kompleksinin fəaliyyətinin canlandırılması üçün də xüsusi tədbirlər həyata keçirilir. Qeyd etmək istəyirəm ki, 2011-ci ildə Olimpiya İdman Kompleksində 3500-ə yaxın idmançının iştirak etdiyi 23 respublika və rayon birinciliyi yarışları keçirilmişdir. Sevindirici haldır ki, həmyerlimiz Səid Məlikov karate idman növü üzrə yeniyetmələr arasında keçirilən dünya kubokunun qızıl medalına, Seyran Umarov, Qeyrət Qeyrətli sərbəst güləş üzrə zona turlarının qalibi olaraq respublika birinciliyinə vəsiqə qazanmışlar.

2011-ci ildə rayonun içtimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri görkəmli Azərbaycan şairi M.Ə.Sabirin şərəfinə rayonun Sabirabad adlandırılmasının 80 illik yubileyinin təntənə ilə qeyd edilməsi olmuşdur. Bu münasibətlə düzənlənən tədbirdə respublikanın müxtəlif guşələrində məsul vəzifələrdə çalışan həmyerlilərimiz iştirak etmiş, bu bölgənin keçmişini və bu gününü əks etdirən nəfis tərtibatda kitab nəşr olunmuş, sənədli film hazırlanmış və Sabirabadın adına yeni mahnı bəstələnmişdir.

Yubileylə əlaqədar rayonun içtimai-siyasi, iqtisadi və mədəni həyatında fəallıqlarına görə 17 nəfərin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilməsi bütün sabirabadlılara dövlət başçısının diqqət və qayğısı kimi qiymətləndirilmişdir. Həmin günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar təltif edilənlərin sırasında rayonumuzdan 3 nəfərin «Tərəqqi» medalına layiq görülməsi ölkə Prezidentinin rayonumuza göstərdiyi qayğının bariz nümunəsidir.

Daha sonra rayon rəsmisi onu da bildirdi ki, Daşqından ziyan çəkən Sabirabad rayonunun Ulacalı kəndində yeni qəsəbə və kənd məktəbinin təzə korpusu istifadəyə verilmişdir.

2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində Sabirabad rayonunda əsaslı işlər həyata keçirilmişdir. Rayonda çiy kərpicdən tikilmiş evlərin yerində möhkəm özüllü 1078 yeni ev tikilmiş, 80 evdə bərpa-gücləndirmə işləri görülmüş, əhaliyə dəymiş ziyana görə 12 milyon mantdan çox kompensasiya verilmişdir. 12 sosial obyekt demək olar ki, yenidən qurulmuşdur.

Bu bölgəyə səfərləri çərçivəsində ölkə Prezidenti İlham Əliyev əsaslı təmirdən sonra Mürsəlli və Qasımbəyli kənd tam orta məktəbləri ilə tanış olmuş, subasmaya məruz qalmış Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı və başqa 14 kənddən keçməklə 68 kiolometr uzunluğunda yeni asfalt yolun ilk 15 kilometrlik hissəsinin açılışında iştirak etmişdir. Qeyd edək ki, artıq keçən ilin dekabrında həmin yolun qalan 53 kilometrlik hissəsi də istifadəyə verilmişdir. Həmin işlərin davamı olaraq təbii fəlakətdən daha çox ziyan çəkən Ulacalı kəndində 50 evdən ibarət yeni qəsəbə salınmış, elə həmin kənddə kənd məktəbinin ibtidai sinifləri üçün yeni korpusun inşası da başa çatdırılmışdır.

Martın 3-də yeni qəsəbənin açılışı və məktəb korpusunun istifadəyə verilməsi münasibətilə Ulacalı kəndində təntənəli mərasimlər keçirilmişdir. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirləri giriş sözləri ilə açaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə rayonda görülən böyük işlərdən danışmış və dövlət başçısına dönə-dönə əhalinin minnətdarlığını ifadə etmişdir. Fövqəladə Hallar Nazirinin müavini Orucəli Hacıyev aparılan keniş miqyaslı tədbirlərlərdən bəhs etmiş, hələ görüləcək işlərinin də olduğunu bildirmişdir.

Çıxış edənlər yeni qəsəbənin sakinləri Mənsuma Cəfərova, Zakir Babayev, Ramiz Əhədov, Ulacalı kənd tam orta məktəbinin direktoru Nail Xammədov, məktəbin müəlliməsi Mənsurə İsmayılova və valideyin Sitarə Mikayılova onlara göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə sonsuz ehtiramlarını dəfələrlə dilə gətirmiş, Prezidenti və Mehriban xanım Əliyevanı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etməkdən şərəf duyduqlarını bildirmişlər. Onlar Föqəladə Hallar Nazirliyinin və rayon İcra Hakimiyətinin də qayğısını daim üzərlərində hiss etdiklərini söyləmişlər.

Sonda tədbir iştirakçıları dövlət başçısına müraciət qəbul etmişlər. Müraciətdə belə sonuclanır: «Çox hörmətli Prezidentimiz, bu əziz günlərdə ocağımızı yandırdınız, Allah ocağınızı daha gur yandırsın. Əmin olun ki, sabirabadlılar Sizinlədir, Sizinlə qürür duyurlar».