Hüquq müdafiəçiləri prezidentə müraciət ediblər
10-03-2012, 10:50
Oxunub: 6 356
Səidə Qocamanlı: "Prezidentə ünvanladığımız məktubu Fuad Ələsgərova təqdim etdik".
Hüquq müdafiəçiləri Səidə qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Çingiz Qənizadə Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olublar. Bu barədə Publika.Az-a Səidə Qocamanlı bildirib.
Onun sözlərin görə, görüşdə Azərbaycanda hüquqların müdafiəsi sahəsində olan durum, mövcud problemlər müzakirə edilib.
O qeyd edib ki, görüşdə PA rəsmisinə "2 aprel" məhbusları və Bəxtiyar Hacıyevin azadlığa buraxılması ilə bağlı prezidentə ünvanlanmış məktub təqdim edilib.
S.Qocamanlı vurğulayıb ki, bir sıra xəstə məhbuslar, cəzasının çox hissəsini çəkmişlərin və islah olmuş məhbusların da adlarının əfv fərmanına salınması bu məktubda qeyd olunub.
"Biz Fuad müəllimə həmçinin bir təklif də irəli sürdük ki, bir neçə il əvvəl fəaliyyət göstərmiş, QHT nümayəndələrindən ibarət işçi qrup yenidən bərpa edilsin. Həmin işçi qrup vaxtında biz bir çox müraciətləri araşdırıb həll edə bilirdik. Ümumilikdə görüş çox pozitiv keçdi. Və biz bu görüşdən ümidlərlə ayrıldıq".
Hüquq müdafiəçisi söyləyib ki, həlledici qərar prezidentdən asılıdır və onun hüquq müdafiəçilərinin məktubuna müsbət cavab verəcəyinə ümid bəsləyir.
"Güman edirəm ki, bizim müraciətimiz cavabsız qalmayacaq. Bu görüşdə biz bir sıra məsələlərlə bağlı müraciətlərimizi də etdik, Fuad Ələsgərov söz verdi ki, araşdırılıb ölçü götürüləcək. İnanırıq ki, görüşün müsbət nəticəsini hamımız yaxınlarda görəcəyik", - deyə Səidə Qocamanlı əlavə edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər