BolgeXeber.Com » Müsahibə-Reportaj » "Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto

"Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto

15-10-2015, 13:42
Oxunub: 6 456 "Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto"Bəziləri deputat olmağı şəxsi maraqları üçün istəyir"

Parlament seçkilərinə artıq iki həftə qalıb. Dairələrdə rəqiblər arasında çox ciddi rəqabət gedir

Ən maraqlı dairələrdən biri də 34 saylı Xətai seçki dairəsidir. Bu dairədən namizədliyini irəli sürmüş şəxslərdən biri də, Fatimə Hacıyevadır.

Bolgexeber.com ölkə.az-a istinadən Fatimə Hacıyevanın müsahibəsini sizə təqdim edir.

"Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto


- Öncə özünüzü seçicilərinizə tanıdardınız.

- Fatimə Siyavuş qızı Hacıyeva. 1972-ci ildə Ağstafa rayonunda anadan olmuşam. Azərbaycan Dillər Universitetini bitirmişəm. Universiteti bitirdikdən indiyənə qədər Xətai rayon 25 saylı orta məktəbdə müəllimə işləyirəm. 4 ildən çoxdur ki, həm də media işçisiyəm.

- Necə oldu ki, deputatlığa namizədliyinizi verdiniz?

- Əslinə qalsa seçkiyə getmək istəmirdim. Yaşadığım Xətai rayonunda yaşlı insanlarla, şagirdlərim, qonşularla söhbətlərdən belə qərara gəldik ki, namizədliyimi irəli sürüm. Ərazidə illərdir həll olmayan sosial, infrastruktur problemləri var ki, insanlar bunun həllini gözləyir. Hansı ki, bu məsələlərlə bağlı dəfələrlə keçmiş deputatlara mürcait olunub ki, bu məsələlər Milli Məclisdə, mediada qaldırılsın, ancaq heç vaxt nəticə olmayıb. Bu günə qədər namizədliyimi verdiyim dairədə, işıq, qaz, su problemi var. İnsanlar özlərinə yaxın birini axtarır ki, sözlərini, dərdlərini, problemlərini onun əli ilə dövlətə çatdıra bilsin. Daima camaatın içindəyəm, insanlarla görüşəndən sonra qərara gəldim ki, deputatlığa namizədliyimi verim. Xətai rayonunda yaşayan insanlara quru millət vəkili yox, arxa, dayaq lazımdır. Keçirilən sorğulardan da məlum olur ki, camaat mənim namizdliyimdən razıdır.
"Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto



- Fatimə Hacıbəyli nəyə görə deputat olmaq istəyir?

- Bəziləri deputat olmağı şəxsi maraqları üçün istəyir. İllərdir müəlliməyəm, 4 ildən çoxdur ki, mediadayam. Namizədliyimi verdiyim dairəni tanıdığım, problemlərini dərindən bildiyim üçün bu qərara gəlmişəm.

- Həm ana, həm müəlliməlik, həm də deputatlıq. Bacara bilərsiniz?

- Təbii ki, bacararam. Bacarmasam bu işə baş qoşmazdım.

- Çoxlarını düşündürən sual, görəsən maliyyəsi haradandır ki, deputatlığa namizədliyini verib?

- Maliyyə qaynağım yoxdur. Bütün xərcləri özüm görürəm. Açığı maşın almağa pul yığmışdım. Maşın almağı qoydum bir kənara, pulu seçki kampaniyama xərcləyirəm.

- Rəqibləriniz kimlərdir?

- Açığı hamısını tanımıram. Tanıdığım və əsas rəqibim Fuad Muradovdur. Özümə rəqib kimi də Fuad Muradovu görürəm. Fuad Muradov Xətai rayonunda yaşamır, əraziyə bələd deyil. Əslinə qalsa Fuad Muradovu bu ərazidə özümə rəqib görmürəm, sadəcə çox ciddi maliyyə ilə təbliğat aparır. Qüvvələr bərabər olsa, Fuad Muradov mənə rəqib ola bilməz.
"Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto



- Fuad Muradov bundan əvvəl Səbail rayonundan deputat idi. İndi isə Xətai rayonundan deputatlığa namizədliyini verib. Buna münasibətiniz?

- Fuad Muradov əraziyə 10 gün olar ki, gəlib. Hal-hazırda ərazini Fuad Muradovun plakatları, avtobusları bəzəyir. Xətai rayonunda Fuad Muradovu tanıyan yoxdur. Fuad Muradov öz reklamına külli miqdarda maliyyə buraxıb. Fuad Muradov Səbail rayonunun deputatı olub, ancaq Səbail camaatının problemlərini həll etməyib. Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki, gəlib Xətai rayonunun problemlərini həll etməyə?

- Rəqibi dəyərləndirmək və zəif yerlərini öyrənmək lazımdır.

- Fuad Muradov haqqında məlumat toplayanda Səbail camaatı bir söz dedi, kim onun yanına gedib, adi bir problemi deyibsə eyni cavab alıb: Bu məsələ mənim gücüm daxilində deyil. Fuad Muradov Səbail rayonunda ancaq bələdiyyə və icra hakimiyyəti nümayəndəsinin görə biləcəyi problemləri həll edib.

- Seçicilərin sizə ən çox verdiyi sual hansıdır?

- Bu söz məni qıcıqlandırır, artıq bezmişəm, kimlə görüşürük ilk sualı bu olur, "dabro" almısan? İnsanlar arasında belə bir söz yayılıb ki, Fuad Muradov "dabro" alıb.
"Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto



- Deputat seçilsəniz görəcəyiniz ilk iş hansı olacaq?

- Xətai rayonunda deputat evi açacam. Orada qaynar xətt olacaq. Həftədə bir neçə dəfə camaatla görüşəcəm.

- Məhəllə görüşlərinə başlamısınız?
"Fuad Muradov Səbail rayonunun problemlərini həll edib ki,gəlib Xətainin problemlərini həll etməyə?"Müsahibə ,Foto


- Rəsmi olaraq hələ məhəllə görüşlərinə başlamamışıq, ancaq hər gün Xətai camatının içindəyik. Həftə sonundan məhəllə görüşlərinə start verəcəyik.

- Başıbəlalı seçki dairəniz var.

- Elədir. İqbal Ağazadə və Gülər Əhmədova bizim dairədə deputat olarkən həbs olunub. Bizim ərazidən deputat olan iki il sonra həbs olunur. (gülürük)