Orxan Kərimovdan Təhsil Nazirliyinə sərt ittiham
2-04-2012, 17:25
Oxunub: 6 631
Bu gün Ağır Cinayətlərə dair Məhkəmədə Təhsil Nazirliyində şöbə müdirinin müavini işləyərkən həbs edilmiş Orxan Kərimovun məhkəməsi keçirilib
Məhkəmə prosesində iştirak edən əməkdaşımız Leyla İlqarın verdiyi məlumata görə, məhkəmə elan olunduğu vaxtdan xeyli gec başlayıb. İclasın əvvəlində məlum olub ki, prokurorun elan etdiyi ittihamnamədə möhür yoxdur və mühüm dövlət sənədi yalnız prokurorun imazasını daşıyır. Buna baxmayaraq, məhkəmə iclası davam etdirilib. Əməkdaşımızın verdiyi xəbərə görə, Orxan Kərimov məhkəmədə sərt çıxış edib. O deyib ki, məhkəmənin fikri Təhsil Nazirliyindəki əsl cinayətkarları müdafiə etmək, gizlətmək, onu isə öldürməkdirsə, açıq desinlər, o özü ölüm aclığına başlasın.
Qeyd edək ki, Orxan Kərimovun ürəyində şuntlama əməliyyatı aparılması üzündən onsuz da onun səhhəti qaydasında deyil.
Xatırladaq ki, məşhur şairimiz Əli Kərimlinin conbeşik övladı olan Orxan Kərimov 2011-ci il iyunun 6-da həbs olunub və bu hadisə geniş əks-səda doğurub. Vaxtilə müxalifət düşərgəsində olub, sonra bu düşərgədən uzaqlaşaraq dövlət qulluğuna keçib. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. (musavat.com)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər