“Cəmiyyət ilk növbədə canını şair və müğənnilərdən qurtarmalıdır
28-10-2010, 12:30
Oxunub: 5 015
Əlişir Əhəd: “Əgər saxtakarlıq olmasa Elşad Paşasoy 72 sayli dairənin deputatıdır”
Məlum olduğu kimi, bir qrup jurnalist Cənub bölgəsində oldular. Həmin qrupa pia.az, yenilik.az, bolgexeber.com, tia.az və azpress.info saytlarının əməkdaşları daxil idi.
Jurnalist qrupuna Tia.az saytının direktoru Əlşir Əhəd rəhbərlik edirdi. Məqsəd secki başlanan zaman 72 sayli Masallı –Yardimli secki dairısindən olan şikayətlərin araşdırılması və adıçəkilən dairədə seçkiöncəsi vəziyyətin öyrənilməsidir. Bu barədə “bolgexeber”-ə məlumat verən jurnalist qrupunun rəhbəri Əlişi Əhəd bildirib ki, həqiqətən, bu dairədə bir çox neqativ hallar mövcuddur: “Və bu qanunsuzluqun aradan qaldırılması ücün bir sira beynəlxalq təşkilatlara müraciət olunub. Elə bunun nəticəsidir ki, ATƏT-in rəsmiləri bir neçə dəfə adicəkilən dairədə olublar və vəziyyətlə ətraflı tanış olublar”.
Daha sonra, Əlişir Əhəd onu bildirdi: “Biz bir cox kənd və qəsəbələrdə olduq. İnsanlarda seçkiyə inam daha yüksəkdir. Bu yüksəliş əsas səbəblərindən biri də həmkarımız Elşad Paşasoyun həmin dairədən namizədliyini irəli sürməsidir. Biz jurnalitlərlə birlikdə həmin kəndlərdə yüzlərlə insanla görüş keçirdik. Elə kəndlər oldu ki, həmin kəndlərdə seçicilər 100 faizlik Elşad Paşasoya səs verəcəklərini dedilər”.
Masallının Güllütəpə, Tatyanoba, Yeni Zuvand, İsilər, Qəriblər kəndlərində sakinlərlə sohbətində bildirdilər ki, əgər bu dairədən Elşad Paşasoy secilməyəcəksə, demək, seçkilər saxtalaşdırılıb.
Bundan əlavə olaraq, jurnalistlər Yardımlı Rayonun Çayüzü, Daşkənd və Nisəqala kəndlərində də oldular ki, burada insanlar daha aqressiv idilər. Onlar digər namizədlərə narazılıqlarını bildirməklə yanaşı, Elşad Paşasoyu deputat görmək arzusundadırlar.
Daha sonra Əlişir Əhəd mənzərəni belə izah etdi: “Jurnalistlərin səfəri bir çox məsələlərə aydınlıq gətirdi. Belə ki, gördüklərimizin çoxu və bizdə yaranan təəssürat Bakıda danışılan yalanları alt-üst etmiş oldu. Mən və həmkarlarımız bu gorşlərdən belə nəticəyə gəldik ki, əgər, saxtakarlıq olmasa, Elşad Paşasoy 72 sayli dairənin deputatıdır”.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər