BolgeXeber.Com » Müsahibə-Reportaj » "Aktrisa qabağa getmək üçün rejissorun yatağından keçməlidir" - azərbaycanlı aktrisa(FOTOLAR)

"Aktrisa qabağa getmək üçün rejissorun yatağından keçməlidir" - azərbaycanlı aktrisa(FOTOLAR)

28-11-2015, 18:07
Oxunub: 17 808 "Aktrisa qabağa getmək üçün rejissorun yatağından keçməlidir" - azərbaycanlı aktrisa(FOTOLAR)"Deyiblər ki, Aysel, mənə məxsus ol, sənin həyatda istədiyin hər bir arzunu yerinə yetirək"

Model-aktrisa Aysel Fətəliyeva big.az-a müsahibə verib. Müsahibəni təqdim edirik.

- Aysel xanım, bir neçə müddət bundan öncə siz sənətə vurğun olduğunuzu deyirdiniz. Hərçənd ki, bu peşədə çox neqativ halların olduğunu özünüz vurğulamışdınız. İndi necə? Fikriniz dəyişməyib ki?
- İnandırım sizi ki, əvvəlki fikirlərimlə indiki fikirlərim arasında dağlar qədər fərq var. İndi sənətdən iyrənmişəm desəm, yalan olmaz.

- İnsanın yaşı artdıqca kamilləşir. Fikirlərinizin dəyişməsi bəlkə də ondan irəli gəlir. Ümumiyyətlə, tez-tez fikirlər, suallar “arasında” qalırsınız?
- Bəli, mənim fikirlərim tez-tez "şaxələnir". Hərdən heç özüm də bilmirəm ki, nə istəyirəm (gülür).

- Qayıdaq bayaqkı suala... Sizdə sənətə qarşı belə ikrah hissi yaradan nə oldu ki?

- Gördüyüm “iyərncliklər”. Bilirsiniz, rejissorların hərəkətlərini gördükcə özözlüyümdə qərar verdim ki, başımı götürüm, çəkilim dayanım kənarda.

- Hansı hərəkətləri?
- İndi Azərbaycanda seriala çəkilmək üçün, baş rol almaq üçün hansısa rejissorla "xoş münasibət" qurmalısan.

- Bunu bütün rejissorlara şamil edirsiniz?
- Xeyir, təxminən əlli faizinə.

- Bəs aktrisaların bu işə heç bir günahı yoxdur?
- Var. Elə şəraiti yaradanlar da həmin “aktrisalar”dır. Hansı ki, sənətdən zərrə qədər də anlayışları yoxdur. Küçədən kimi tutdularsa, öz mənafeyləri üçün seriala çəkirlər.

- Gözəl danışırsınız, amma bu böyük bir iddiadır. Fərqindəsinizmi?
- Mən dediyim sözün üstündə dayanmışam və axıra qədər də dayanacağam.

- Nəticə etibarilə, siz demək istəyirsiniz ki, bir aktrisanın qabağa getməsi üçün rejissorun yatağından keçməsi lazımdır?

- Bəli, tamamilə doğrudur.

- Gözəl bir xanımsınız. Sizə də “sponsorluq” etmək istəyən çoxdur, yəqin...

- Kifayət qədər elə adamlar var. Deyiblər ki, Aysel, mənə məxsus ol, sənin həyatda istədiyin hər bir arzunu yerinə yetirək.

- Razılaşmamısınız?
- Xeyir, qürurum yol verməyib.

- Maraqlıdır, bəs bir anlıq o qüruru içinizdən atıb, azad yaşamaq keçibmi ürəynizdən?

- İstəmişəm, amma alınmayıb.

- Məncə, siz ruhən azad insansınız onsuz da...
- Elədir, mən həmişə istəmişəm ki, ruhum azad olsun. Kimsə mənə hansısa qadağanı qoyanda sıxlıram. O insandan uzaqlaşıram.

- Yəqin ki, söhbət əks-cinsin nümayəndələrindən gedir...
- Elə də demək olar. Bir insanla münasibət qururamsa, ondan birinci tələbim və istəyim məni sərbəst buraxmağı olur. Əgər razı olmursa, dərhal münasibəti kəsirəm.

- İndi münasibətdə olduğunuz insan var?
- Olub... Mən, ümumiyyətlə, sevgisiz yaşaya bilmirəm.

- Sizin özünüzdə necə, qısqancliq hissi hansı dərəcədədir?

- Mən sevəndə dəli kimi qısqanıram.

- Sizi qısqanmaqları ilə səhvmi edirlər? Axı siz gözəl və cazibədar bir xanımsınız. İsətr-istəməz kişilərin diqqəti sizdə olur. Bu sizi yormur ki?
- Əslində kişilərin mənə baxmağından zövq alıram, amma bəzən bundan yoruluram, bezirəm. O ki qaldı qısqanmaqla düz edib-etməməklərinə, bəlkə də özlərinə görə haqlıdırlar, amma yenə də deyirəm ki, mən öz ruhumu azad buraxmışam. Heç kim mənin azadlığımı əlimdən ala bilməz.

- “Seksual aktrisa” ləqəbini götürərsiniz?

- Xoşum gəlmir o addan (gülür).

- Bəs evlənmək barəsində nə vaxt düşünəcəksiniz?
- Evdə hər gün deyirlər ki, bu qədər bəsdir, ailə qur!

- Siz istəmirsiniz?
- İstəyirəm, hər bir xanım kimi mən də ana olmaq istəyirəm.

- Yalnız ana olmaq üçün ərə getmək fikriniz var?
- Düşünürəm ki, məni başa düşən insan olsa, evliliyim axıra qədər davam edəcək. Amma mənimlə bir az çətindir (gülür). Mən fərqi insanam axı...