“1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir”
9-04-2012, 17:20
Oxunub: 6 046
“Ölkəmizdə siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi vacib və zəruri məsələdir.
Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi bu məsələdə ciddi rol oynaya bilər. Sənəd partiyaların fəaliyyətində müsbət təsirini göstərəcək”.
Bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Bolgexeber.com-un əməkdaşına deyib. O, bildirib ki, 1992-ci ildə qəbul edilmiş bu qanun indiki reallıqlara cavab vermir: “Bu baxımdan bu qanunun təkmilləşdirilməsi istiqamətində atılan addımlar təqdirəlayiqdir”.
Onun sözlərinə görə, Milli Məclisdə təmsil olunan bütün partiyalar həmin sənədin yeniləşdirilməsinin tərəfdarıdır: “Azərbaycan müvafiq qanunları ekspertizadan keçmək üçün beynəlxalq təşkilatlara göndərir ki, bu da əhəmiyyətlidir. Çünki qanunlarımız Avropa standartlarına uyğunlaşdırılır. Bu baxımdan, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi qeyd olunmalıdır. Fikrimcə, yeni sənədin qəbulu ilə siyasi partiyaların formalaşmasında və inkişafında yeni bir mərhələ başlayacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər