Müəllim və həkimlərin maaşı artırılsın – Təklif
23-04-2012, 18:30
Oxunub: 5 713
İlyas İsmayılov: "Məvacibin azlığı təhsilin və səhiyyənin fəaliyyətində axsamalara səbəb olur"
"Müəllim və həkimlərin məvaciblərinin artırılmasına daha çox diqqət ayrılmalıdır". Publika.Az-a açıqlamasında belə bir təşəbbüslə Milli Məclisin deputatı, Ədalət Partiyasının sədri İlyas İsmayılov çıxış edib.
Parlamentin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev müəllim və həkimlərə yeni statusun verilməsinin vacibliyini bildirib. Deputat hesab edir ki, belə bir addım bu sahədə olan neqativ halları aradan qaldırar.
Millət vəkili İlyas İsmayılov müəllim və həkimlərin sosial durumunu yaxşılaşdırmağa yönəlik bütün addımları dəstəklədiyini bildirdi: "Müəllim və həkimlər ən az məvacib alan kateqoriyaya aiddirlər. Maddi çətinlik çəkən müəllim və ya həkim məcbur qalıb, digər yollarla pul qazanmağa çalışır. Nəticədə də təhsilin və səhiyyənin fəaliyyətində axsamalar yaranır. Buna görə də, bu qrupa aid sosial qrupun məvaciblərinin əhəmiyyətli dərəcədə artırılmasına ciddi ehtiyac var. Düzdür, son illər Azərbaycanda məvaciblərin artırılması istiqamətində müxtəlif sərəncamlar imzalanıb, lakin pedaqoji və tibb sahəsində çalışanların əmək haqları dəfələrlə artırılmalıdır".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər