BolgeXeber.Com » Müsahibə-Reportaj » 59 və 60-cı dairələrdə qaliblər dəqiqləşdi

59 və 60-cı dairələrdə qaliblər dəqiqləşdi

2-11-2010, 02:15
Oxunub: 6 241 Əliağa Hüseynov və Fəzail Ağamalı əhali tərəfindən deputat olaraq qəbul edilir

Bolgexeber.com saytı seçkilərdən öncə pilot dairə olaraq müəyyənləşdirdiyi seçki dairələrində yekun nəticələri açıqlamağa başlayıb. İndiyə qədər açıqlanan sorğuların nəticələrindən fərqli olaraq, bu dəfə həyata keçirilən araşdırmalar daha geniş arealı əhatə edib. Məqsəd həmin dairələrdə seçicilərin kimsə səs verəcəyi və kimləri deputat olaraq gördüklərini müəyyənləşdirməkdən ibarət olub.

Qeyd edək ki, keçirilən sorğuda həmçinin əvvəlkilərdən fərqli olaraq, daha geniş miqyas götürülüb. Belə ki, ən azı seçicilərin 10 faizə qədər hissəsinin rəyini öyrənməyə çalışmışıq. Ona görə ki, ümumi seçicilərin 10 faizinin gəldiyi qənaət yekun nəticə haqqında indidən rəy bildirmək imkanı yaradır.

Bolgexeber.com-un apardığı ilk araşdırma 59 saylı Salyan və 60 saylı Salyan-Neftçala seçki dairələrini əhatə edib. Hər bir dairə üzrə nəticələr isə aşağıdakı kimi olub.

59 saylı Salyan seçki dairəsində Salyan rayonunun mərkəzində, Kür Qaraqaşlı, Şorsulu və Sarvan kəndlərində keçirilən sorğunun nəticələrinə görə, əhalinin 75 faizi deputatlığa namizəd Əliağa Hüseynovu deputat olaraq görüblər. Kənd sakinləri ilə edilən müsahibələr nəticəsində belə məlum olub ki, Ə.Hüseynovun deputat olaraq görülməsinə səbəb indiyə qədər onun Salyan rayon İcra Hakimiyyətinin başçısı olaraq bir çox işlər görməsidir. Seçicilərin böyük bir qismi həmçinin son sel fəlakətinin aradan qaldırılması üçün Əliağa Hüseynovun gördüyü işləri də mühüm hesab ediblər.

Bu dairədə keçirilən sorğunun nəticələrinə görə, ümumi səslərin 14 faizini AXCP-Müsavat Blokunun namizədi Valeh Əliyev qazanacaq. Həmin sıralamada üçüncü yeri isə KXCP-nin namizədi olan Vaqif Hacıyev tutub. Respondentlərin 8 faizdən bir qədər artığı ona səs verəcəklərini açıqlayacaq.

60 saylı Salyan-Neftsala seçki dairəsində də ciddi sorğu keçirilib. Nəzərinizə çatdıraq ki, «Bölgəxəbər» Seçki Monitorinq Qrupunun üzvləri Cuxanlı, Qarabağlı, Kərimbəyli, Qaraqaşlı kəndləri ərazisində həyata keçirdikləri sorğunun nəticələrinə görə, respondentlərin 70 faizə qədəri deputatlığa namizəd, AVP sədri Fəzail Ağamalıya səs verəcəklərini açıqlayıblar. Onların belə bir seçim etmələrinə səbəb indiyə qədər deputat olaraq Ağamalının rayon kəndləri üçün xeyli sayda işlər görməsi, parlamentdə vaxtaşırı problemlərlə bağlı məsələ qaldırması, habelə mütəmadi olaraq seçicilərlə görüşməsi göstərilib. Eyni zamanda, Fəzail Ağamalı bu ilki seçkilərə qatıldıqdan sonra seçki kampaniyası çərçivəsində dairənin bütün kəndlərini gəzərək, insanlarla görüşüb, onların vəziyyəti ilə maraqlanıb, problemlərin aradan qaldırılması üçün müvafiq qurumlar qarşısında məsələ qaldırıb.

Onu da bildirək ki, bu dairədə seçicilərin 12 faizi KXCP-nin namizədi Ədalət Yusubova səs verəcəklərini bildiriblər. Sorğunun nəticələrinə görə, üçüncü sırada isə 5,4 faizlə İlham İsmayılov dayanır.