Zaur ona yönəlik İttihamlara cavab verdi
1-05-2012, 19:10
Oxunub: 6 077
“Dəfələrlə efir vasitəsi ilə tamaşaçılarımıza müraciət etmişik və sizin sayt vasitəsilə də oxucularınıza müraciət edirik ki...”
ATV-nin evlilik proqramı olan “Onun yarisi”nin bağlaması ilə bağlı söz-söhbətlər yayılıb. Bununla bağlı “Onun yarısı” layihəsinin rəhbəri və aparıcısı Zaur Baxşəliyev “Qafqazinfo”ya açıqlama verib. Z. Baxşəliyev deyib ki, son zamanlar evlilik verilişləri haqqında mətbuatda və sosial şəbəkələrdə çoxlu sayda haqlı-haqsız iradlar səslənir. “Onun yarısı” evlilik proqramı efirə yayımlandığı gündən bu günə qədər qarşısında bir məqsəd qoyur - nitq qüsurlu, fiziki qüsurlu, kimsəsiz, internat məktəblərində böyüyən, qocalar evində yaşayan maddi və mənəvi təminatı olmayan tənha yaşayan insanlara dəstək olmaq, maddi təminatına köməklik göstərmək, mənəvi sarsıntılarını azaltmaq: “Bunun bariz nümunəsi olaraq “Onun yarısı” proqramında bu günə qədər, yəni iki il ərzində onlarla nitq qüsurlu cütlük ailə qurub. Bir daha vurğulayıram, nitq qüsurlu cütlüklər. Bunu təsdiqləyən proqramlarımız, toy görüntülərimiz, video çarxlarımız var. “Onun yarısı” proqramı yayıma başladığı ilk həftədə Bilgəhdə yerləşən 11 saylı internat məktəbində böyüyən kimsəsiz Elnurənin toyunu etdi. Atasız-anasız böyüyən bir qız “Onun yarısı” proqramında atalı-analı normal bir ailəyə gəlin köçdü və bu gün özü də anadır. “Onun yarısı” Elnurə kimi bir çox kimsəsiz, evlənmək yaşına çatmış qız və oğlanlarımızın normal cəmiyyətə adaptasiyasını, sağlam ailə dəyərlərinə sahib olmasını təmin etdi.
Son olaraq isə hər iki valideynini itirmiş kimsəsiz Elnur və ailəsi çox böyük maddi ehtiyac içərisində yaşayan Nərminə cütlüyünü misal gətirmək olar. Məhz “Onun yarısı”nda onlar ailə üçün lazım olan bütün maddi ehtiyaclarını təmin etdilər. Və bu gün çox xoşbəxtdirlər... Bir neçə gündən sonra studiyamızda daha bir kimsəsiz qız – Natəvan atalı-analı normal bir ailəyə gəlin köçəcək. Birinci qrup əlil olan Fəxrəddin isə özü kimi birinci qrup əlil Zeynəblə nikaha daxil olacaq”.
Z. Baxşəliyevin sözlərinə görə, bu siyahını deməkdə məqsəd Azərbaycan ictimaiyyətinə və verilişi izləyə bilməyən, dedi-qodulara istinadən yalnış düşünən insanlara məsələni aydınlatmaqdır: “Bizim verilişin məqsəd və məramını anlamaq üçün evlənmək məqsədi ilə studiyamıza pənah gətirən onlarla nitq qüsurlu, fiziki qüsurlu, kimsəsiz insanları görmək kifayətdir. Dəfələrlə efir vasitəsi ilə tamaşaçılarımıza müraciət etmişik və sizin sayt vasitəsilə də oxucularınıza müraciət edirik ki, “Onun yarısı” proqramı daha çox kimsəsiz, yaşlı, tənha, maddi imkanı olmayan, nitq və fiziki qüsurlu insanlar üçün nəzərdə tutulub. Düzdür, iki il ərzində “Onun yarısı” verilişində cəmiyyət tərəfindən birmənalı qarşılanmayan hadisələr də baş verib. Bu neqativ halları aradan qaldırmaq üçün biz hər zaman çalışmışıq və bu gün də çalışırıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər