"Yol verdikləri nöqsanlara görə 697 yol polisi cəzalandırılıb"
5-05-2012, 13:05
Oxunub: 6 734
Ramiz Zeynalov: 2011-ci ildə yol verdikləri nöqsanlara görə 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib.
Bolgexeber.com-un məlumatına görə, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov “Respublika” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, ötən il, ümumiyyətlə, yol verdikləri nöqsanlara görə 697 əməkdaş cəzalandırılıb, 39 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib, 20 əməkdaş isə tutduğu vəzifədən azad olunub.
“Bu nəyi göstərir: hələ də aramızda vəzifə andını pozan, xidməti fəaliyyəti ilə bir araya sığmayan əməllər törədən əməkdaşlar var. Ən əsası isə onlara qarşı prinsipial mübarizə mövcuddur və belə neqativ hallar hökmən aşkarlanır”, - o deyib.
Ramiz Zeynalov həmçinin qeyd edib ki, bu məsələyə birtərəfli yanaşmaq düzgün deyil.
“Hərəkət iştirakçıları arasında elələrinə rast gəlinir ki, onlar yol hərəkəti qaydalarını pozduqdan sonra barələrində inzibati tənbeh tədbirinin görülməməsi naminə bütün vasitələrdən istifadə edir, YPX əməkdaşlarına pul, hədiyyə və sair təklif edərək onları qanunazidd hərəkətlərə sövq edirlər”, - o qeyd edib.
Ramiz Zeynalov belə halların yolverilməz olduğunu deyərək bildirib ki, bu vasitələrlə barələrində inzibati tədbirin görülməməsinə çalışan şəxslər belə hərəkətlərdən çəkinməlidirlər
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər