“Texnikabank”ın sədri: Bu gün bağlayıb, səhər açırsa, bunu onlardan soruşmaq lazımdır
4-02-2016, 17:32
Oxunub: 6 719
“Həyat davam edir”
Xəbər verdiyimiz kimi, fevralın 2-də Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin qərarı ilə “Texnikabank” ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib. Həmin tarixdən etibarən bankın əmanətçiləri narahatçılıq keçirir.
bankın İdarə Heyətinin sədri Etibar Əliyevin “Yeni Müsavat” a verdiyi müsahibəni təqdim edir:
- Nə deyə bilərəm sizə? Heç bir qərarın əleyhinə deyiləm. Necə verilibsə, verilib.
- Prosedurlar həyata keçirilirmi?
- Heç bir təhvil-təslim prosesi yoxdur. Qaydalar var, onu həyata keçiririk.
- Bəs əmanətçilər gəlib-gedirmi?
- Heç kim gəlib-getmir. Hamı məlumatlıdır ki, Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin əmanətini zamanında ödəyəcək. Prosedurlar bitən kimi bir ay ərzində bu məsələ də yekunlaşacaq.
- Bankdan kredit alanlar necə, onlar öz kreditlərini harada ödəməlidilər?
- Kredit alanlar da ödəyəcək. Hər şey məlum olacaq, narahat olmayın. Zamanı gələndə bu məlumatları da verəcəyik.
- Bəzi banklar öz fəaliyyətini dayandırsa da, sonradan bərpa etdilər. “Texnikabank” üçün də eyni ssenari keçərli ola bilərmi?
- Onu Mərkəzi Bankın rəhbərliyindən soruşun. Mən Mərkəzi Bankın işinə qarışmıram. Bu gün bağlayıb, səhər açırsa, bunu onlardan soruşmaq lazımdır.
- Sizinlə bağlı da eyni ardıcıllıq ola bilər?
- Xeyr. Mənim elə bir fikrim yoxdur. Bağlandısa, bağlandı. Əgər bizə işləməyə imkan vermədilərsə, canları sağ olsun.
- Yeni bir bank qurub, fəaliyyətinizi bank sektorunda davam edə bilərsizmi?
- Həyat davam edir. Sabah nə olacağını bilmək mümkün deyil. Heç kim heç nədən sığortalanmayıb. Nəsə bir yenilik olsa, sizə xəbər verəcəm.
- Bankınıza böyük məbləğdə əmanət qoyan şəxslərin narahatçılığı da səslənir. Onlar pullarının batacağından nigarandırlar.
- Hər kəs əmanətini alacaq. Əgər orda sığortalanmayan əmanət varsa, bankın digər aktivləri hesabına özünün vəsaitlərini alacaqlar. Nədir o aktivlər? Bankın 200 milyondan çox kredit faktoru var. Zaman-zaman insanlar da kreditlərini bağlayırlar. Elə kreditlər var ki, onun zamanı bitməyib. Ona görə biz o kreditləri vaxtından qabaq tələb etmək imkanına malik deyilik. Amma depoziti istədiyi vaxt gəlib istəyir, səs-küy salır. Bank isə kreditorları qarşısında o hərəkəti edə bilmir. Çünki konkret müqavilə var. Onlar da zamanında, yavaş-yavaş kreditlərini bağlayırlar. Onun da hesabına bank öz öhdəliklərini yerinə yetirəcək. Sadəcə, bir az zaman lazımdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər