BolgeXeber.Com » Müsahibə-Reportaj » “Dönüşdən Qurtuluşa” kitabının təqdimetmə mərasimi oldu-Foto

“Dönüşdən Qurtuluşa” kitabının təqdimetmə mərasimi oldu-Foto

9-05-2012, 19:15
Oxunub: 12 227






Fəxrəddin Ağamirzəyev: “Ümummilli lider deyərdi ki, Hacadağ Naxçıvanın simvoludur”

Mayın 8-də Azərbaycan Mətbuat Şurasında Fəxrəddin Ağamirzəyevin “Dönüşdən qurtuluşa” kitabının təqdimatı keçirildi. Tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov mayın 8-də Şuşanın erməni təcavüzkarları tərəfindən işğalının növbəti ildönümü olduğunu diqqətə çatdırdı. Bildirdi ki, hər bir azərbaycanlı Şuşanın qıza zaman ərzində geri qaytarılacağına ümid edir. Kitab barəsində fikirlərini bölüşən Ə.Amaşov qeyd etdi ki, kitab 1990-cı ildə ümummilli lider Heydər Əliyevdən götürülən müsahibə əsasında qurulub. Belə ki, 1990-cı ilə Bakıya, ordan da Naxçıvana gedən Heydər Əliyevlə əlaqə saxlamaq çətin olduğu bir dövrdə Saatlı rayonunuda işıq üzü görən “Dönüş” qəzetinin jurnalisti F.Ağamirzəyev ümummilli liderdən mühasibə götürüb. Həmin müsahibəni işıqlandırıb. Ə.Amaşov ümummilli lider haqqında müxtəlif məqalələrin, kitabların yazıldığını dedi. Qeyd etdi ki, təqdimatı keçirilən kitabın bir sıra özəllikləri var. Belə ki, kitabda dərc olunan müsahibə 1990-cı illərdə ilk dəfə olaraq dövlət qəzetində nəşr olunub. Tədbirdə çıxış edən müəllif ümummilli liderlə bağlı xatirələrinin 20 faizini qələmə aldığını dedi. Bildirdi ki, o zaman müsahibə üçün işdən qeyri-rəsmi icazə alıb, Naxçıvana yollanıb: “Müsahibəyə yollananda məni nələr gözlədiyini çox yaxşı bilirdim. Ancaq bütün bunlara baxmayaraq mən fikrimdən daşınmadım və ümummilli liderdən müsahibəni götürdüm”. Müəllif deyir ki, hələ 1990-cı ildə ümummilli liderin prezident seçilməsinin təşəbbüskarı qismində çıxış edib: “1991-ci ildə prezident seçiklərində bizə 10 namizəd təklif olunurdu. Şirvanda-Muğanda biz həmin namizədləri deyil, Heydər Əliyevin prezident seçilməsi üçün seçici siyahılarında öz qeydlərimizi aparırdıq”. Tədbirdə çıxış edən KİVDF-nın icraçı direktoru Vüqar Səfərli qeyd etdi ki, 1990-ci illərdə barmaqla sayılacaq qəzetlər var idi ki, həmin qəzetlərdə Heydər Əliyev haqqında məqalələr çap olunurdu: “ Həmin qəzetlər arasında “İki sahil”, “Aydınlar” və “İki sahil” qəzetlərini göstərmək olar”. Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirdi ki, 1990-cı illərdə siyasi hakimiyyətdə olanların Heydər Əliyevə qısqanc münasibət bəsləməsinə baxmayaraq xalq ümummilli lideri sevirdi. Xalqın təkidli tələbi və xahişi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı bütövlükdə Azərbaycanı faciələrdən xilas etdi. Tədbirdə çıxış edən digər natiqlər də kitab haqqında öz fikirlərini bildirdilər.

Tədbirlə bağlı Bolgexeber.com-un çəkidiyi videoreportajı yaxın saatlarda Sizə təqdim edəcəyik.


Xəyalə Tahirıqzı