“Həyat yoldaşımı sərxoş DYP əməkdaşları döyüb”
17-05-2012, 13:50
Oxunub: 6 411
Günel Qocayeva: Sərxoş DYP işçiləri cəzalandırılmalıdır
Bir neçə gün bundan əvvəl Ağstafada DYP əməkdaşları ilə hərbçi arasında insident yaşanıb. Bu barədə Bolgexeber.com-a insident zamanı döyülmüş hərbçinin həyat yoldaşı Günel Qocayeva məlumat verib.
O bildirib ki, həyat yoldaşı (adının çəkilməsini istəmir-red.) şəxsi avtomobili ilə hərəkət edən zaman dövlət nömrə nişanı 35 BQ 641 olan taksi maşınını ötmə əməliyyatı edib. Həmin taksidə olan üç DYP əməkdaşı isə onu saxlatdırıb.
G.Qocayeva deyir ki, həyat yoldaşının idarə etdiyi «Mersedes-Benz» markanı maşını saxlatdıran DYP əməkdaşları sərxoş vəziyyətdə olublar və ondan niyə ötmə əməliyyatı etdiyini soruşublar. «Yoldaşım da cavabında deyib ki, o qeyri-qanuni heç nə etməyib və yolun müvafiq və icazə verilən hissəsində bu addımı atıb. Lakin DYP əməkdaşları onun bu sözündən xoşlanmayıb, «Sən kimsən ki, polis əməkdaşlarının maşınını ötürsən» deyərək, onun qollarını buraraq, döyüblər».
Zərər çəkmiş hərbçinin həyat yoldaşı buə məli törədən DYP əməkdaşlarından ikisinin kimliyini müəyyənləşdirə bildiklərini vurğulayıb. O bildirib ki, DYP əməkdaşlarından biri post rəisi, döş nişan nömrəsi 1006 olan Malik Qəhrəmanov olub. İkinci sərxoş DYP əməkdaşı, döş nişan nömrəsi 1016 olan çavuş Rauf Ramazanov imiş. Üçüncüsünün döş nişan nömrəsi 1096 olsa da, onun kimliyini müəyyənləşdirə bilməyiblər. «Bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb, vəziyyəti onlara bildirdik. Amma bizə heç bir cavab verilmədi».
Məsələ ilə bağlı BDYPİ-nin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər