Nazir müavini QHT rəhbərlərini hədələyib
29-06-2012, 16:40
Oxunub: 5 892
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev QHT-ləri Şahin Seyidzadəyə səs verməyə məcbur edir
Xəbər verildiyi kimi, sabah Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədrliyinə yeni seçkilər keçiriləcək. Pat.az-a daxil olan məlumata görə artıq iki gündür ki, Gənclər və İdman nazirinin müavini, nazirlikdə xüsusi nüfuz sahibi olan İntiqam Babayev bütün gənclər təşkilatlarının rəhbərləri ilə görüşərək, onlardan Milli Şuranın sədrliyinə namizəd, “Vətəndaş Cəmiyyətində debat” İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadə səs vermələrini tələb edir.
Hətta bu məqsədlə, Gənclər və İdman nazirliyinin gənclər təşkilatları arasında bu günlərdə elan etməli olduğu qrant müsabiqəsi Milli Şuraya seçkilərdən sonraya saxlanılıb. İ.Babayev Şahin Seyidzadəyə səs verməyəcək QHT-ləri qrant layihələrindən kənarda saxlayacağı ilə hədələyib.
Qeyd edək ki, Milli Şuranın sədrliyinə namizədlər AGAT sədri Gülsel Səfərova, ARGTMŞ baş katibinin müavini Mirhəsən Seyidov və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Şahin Seyidzadədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər