Gənclər təşkilatı səfirliklərdən nə istəyir?
14-07-2012, 20:35
Oxunub: 5 711
"İslahatçı Gənclər" İctimai Birliyinin(İB) sədri Fərid Şahbazlı avqust ayından etibarən ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və digər diplomatik korpusların nümayəndələri ilə görüşlərə başlayacaq.
Bu barədə məlumat verən İB sədrinin sözlərinə görə, buna səbəb ölkədəki ictimai-siyasi vəziyyəti, xüsusilə də gənclər sektorundakı durumu müzakirə etmək və onlara reallığı əks etdirən informasiyaları çatdırmaqdır: "Eyni zamanda, bu ölkələrin gənclər birlikləri ilə təşkilatımız arasında münasibətlərin inkişaf etdirilməsi, mədəniyyətlərimizin təbliği və digər mövzular ətrafında birgə fəaliyyətin göstərilməsi əsas müzakirə mövzularından biri olacaq".
F.Şahbazlının sözlərinə görə, bu qəbildən ilk görüş artıq razılaşdırılıb: "İlk görüşümüz Avropa İttifaqının(Aİ) Azərbaycandakı nümayəndəliyində baş tutacaq. Hesab edirəm ki, bir sıra vacib mövzuların müzakirəsi baxımından kifayət qədər faydalı görüş olacaq".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər