Eyyub Hüseynov süni yumurta alır: biri 100 manata...
17-12-2016, 16:02
Oxunub: 6 202
“Kim mənə saxta yumurta və bu alışı təsdiqləyən çek gətirsə...”
Son günlər istehlakçıları narahat edən məsələlərdən biri bazarlarda süni yumurtanın mövcudluğu ilə bağlıdır. Bu barədə ölkə mediasında müxtəlif iddialar səslənsə də, hələ ki, bununla bağlı konkret bir şikayətçi yoxdur.
Maraqlıdır, Azad İstehlakçılar Birliyinə belə bir problemlə müraciət edən olubmu? Sözügedən qurum məlum iddialar haqqında hansı fikirdədir?
Moderator.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov onlara bununla bağlı konkret bir şikayətin ünvanlanmadığını bildirdi:
“Bu günə qədər bizə bununla bağlı 1-2 telefon zəngi gəlib. Lakin heç bir vətəndaş əlində saxta yumurta ilə bizə müraciət etməyib. Nəzərinizə çatdırıram ki, dünyada süni yumurta hazırlanması texnologiyası mövcud olsa da, Azərbaycan bazarında saxta yumurta yoxdur. Kim mənə bir ədəd də olsun saxta yumurta və bunu hansısa dükandan aldığını təsdiqləyən çek təqdim etsə, ona 100 manat məbləğində pul verəcəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər