"İnvestiya o ölkələrə yatırılır ki, orada sabitlikdir, heç bir problem yoxdur"- Millət Vəkili
1-02-2017, 13:13
Oxunub: 5 500
“Qeyri-neft sektorunun ixracını artırmağa Azərbaycanda çox böyük ehtiyac var.”
Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışını şərh edərkən deyib. Vahid Əhmədov bildirib ki, Prezident konfransda həmçinin sahibkarlara da müraciət elədi və daha çox ixrac yönlü məhsulların istehsalının artırılmasını qarşıya məqsəd qoydu:
“Çünkü belə olarsa, Azərbaycan ixracı daha da artıracaq. Neftin qiyməti aşağı düşüb, o cümlədən hasilatda azalmalar var. İxracı artırmaq üçün investisiya yatırımı aparmaq lazımdır. Azərbaycanın daxili imkanları olduğu üçün xaricdən o qədər də investisiya cəlb etmək ehtiyac yoxdur. İnvestiya o ölkələrə yatırılır ki, orada sabitlikdir, heç bir problem yoxdur. Azərbaycan da sabit dövlətdir, heç bir problemi yoxdur. Burada istənilən dövlətlərlə müqavilə bağlayıb investiyasa cəlb edilir.”
Deputat hesab edir ki, Azərbaycanın böyük layihələri bu gün də davam edir: “Lazım gələrsə belə layihələr üçün hansısa bankla müqavilə də bağlamaq olar.”
Vahid Əhmədov vurğulayıb ki, bir vaxtlar Azərbaycanda xarici investisiya 80%, daxili investisiya isə 20 % təşkil edirdisə, bu gün vəziyyət tam başqadır:
“Getdikcə bu rəqəm dəyişdi. Həm Neft Fondu, həm də Mərkəzi Bankda valyuta ehtiyatı olduğu üçün bundan istitadə edilməyə başlanıldı. Nəticədə xarici investisiyanın məbləği azaldı. 2015-ci ildə xarici investisiya hardasa 20%, daxili investisiya isə 80% oldu. Prezident qeyd etdi ki, Azərbaycanın imkanları olduğu üçün daha çox daxili investisiyalardan istifadə etmək lazımdır.”
Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında bu gün Azərbaycan üçün istənilən layihə üçün kredit almağın problem olmadığını deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər