Mehdi Şamillinin vəsatəti təmin edilməyib
18-10-2012, 13:50
Oxunub: 5 658
Dini fəal Mehdi Şamilli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilən şikayət təmin olunmayıb.
Şikayətə oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya istansiyası Sabunçu Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin müddətinin uzadılması haqda qərarını qüvvədə saxlayıb.
Mehdi Şamillinin vəkili Cavad Cavadlı “Media forum” saytına bildirib ki, növbəti müdafiə addımı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək olacaq: “Lazımi sənədləri toplayıb Avropa Məhkəməsinə yollayacağıq”.
Mehdi Şamilli avqustun 6-də Bakının Zabrat qəsəbəsindəki evində tutulub və onun barəsində həbs qətimkan tədbiri seçilib. Oktyabrın 6-da Sabunçu Rayon Məhkəməsi Mehdi Şamillinin həbsini 2 ay müddətinə uzadıb.
Mehdi Şamilli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər