Elçin Behbudov mitinq məhbuslari ilə görüşdü
23-10-2012, 14:40
Oxunub: 6 351
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və hüquq müdafiəçisi Elçin Şirinov Nərimanov rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçiriblər
E. Behbudovun APA-ya verdiyi məlumata görə, onlar orada saxlanılan 13 nəfərlə görüşüblər: “Onlardan 7-si oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında keçirilən razılaşdırılmamış aksiya zamanı saxlanılan şəxslər idi. Onların barəsində cinayət işi başlanılıb və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar. Lakin bu gün dindirmə üçün polis idarəsində gətirilmişdilər. Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı”.
E. Behbudov bu gün Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Yerində də monitorinq keçirdiklərini deyib: “Orada 22 nəfər saxlanılır. Onlardan 13-ü oktyabrın 20-də Bakıda keçirilən razılaşdırılmamış aksiya zaman həbs olunub. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Lakin saxlanılan zaman təzyiqlə üzləşdiklərini bildirilər. İsa Qəmbərin orada saxlanılan oğlu Turqut Qəmbər mənə bildirdi ki, dünən anası Aidə xanımın ad günü olub. Mən də rəisdən xahiş etdim, yanımda şərait yaratdılar, Turqut anası ilə telefonla danışıb təbrik elədi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər