Hüseynbala Mirələmov:“Oğlum səhvlərinə görə cəzalandırılıb”
29-10-2012, 12:55
Oxunub: 5 847
“Hansı vəzifəm var ki, vursunlar da?”
Mən ölkənin daxili işlər naziri Ramil Usubovu çox ədalətli və obyektiv bir nazir kimi tanıyıram. Necə olurdu ki, o mənim oğlumu 20 yaşında hələ gənc ikən rəis təyin edəndə yaxşı olurdu, indi isə işdən çıxaranda pis? Mənim bu işə qarışmağım müdaxilə hesab oluna bilər, lakin məsələdə adım çəkildiyi üçün açıqlama vermək məcburiyyətindəyəm”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin deputatı Hüseynbala Mirələmov oğlu Fərid Mirələmovun bu gün Ramil Usubovun əmri ilə işdən çıxarılmasına münasibət bildirərkən deyib.
Millət vəkili bildirib ki, oğlunun işdən çıxarılmasını onun adı ilə bağlamaq, vurulması kimi qələmə vermək gülüncdür: “Məni xalq seçib, millət vəkiliyəm. Hansı vəzifəm var ki, vursunlar da? Sadacə olaraq Xəzər Rayon Polis İdarəsində yoxlama keçirilib. Öz işində nöqsana yol verənlər cəzalandırılıb. Onlardan biri də mənim oğlumdur. Məsələni başqqa cür yozmaq istəyənləri başa düşə bilmirəm. Adam işində qüsurlara yol verib cəzalandırılıb”.
Qeyd edək ki, Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin rəisi, polis-polkovnik leytenantı olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər