BolgeXeber.Com » Müsahibə-Reportaj » Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

23-09-2017, 13:02
Oxunub: 6 989 Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR"Çox ölkələrdə olmuşam, ora nə qədər gözəl olsa da rahatlıq tapa bilmirəm"

Budəfəki həmsöhbətim bəstəkar Sevinc Tofiqqızıdır.

-Sevinc xanım musiqi təhsiliniz var?

- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqişünaslıq fakültəsinin məzunuyam. Orta məktəbdə musiqi müəlliməsi işləyirəm.

- İlk bəstəniz hansıdır?

- İlk bəstəm vətənim üçün, vətəndən uzaqlarda yaşadığım üçün vətənimizə həsr etdiyim “Həsrətindəyəm” adlı kompozisiya oldu. Deyərdim ki, bu kompozisiya çox uğurlu oldu. Hətta ona klip də çəkdirdim bu yaxınlarda, ona təqdimat da etdik. Vətəndən kənarda insanın günü nə qədər xoş keçsə də bu vətən, bu vətən torpağı çəkir adamı. Hər dəfə başqa bir ölkəyə gedəndə ağlayıram. Amma vətənə qayıdanda çox sevinirəm ki, nəhayət öz vətənimə, öz torpağıma qayıtdım. Doğru deyiblər ki, “Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı”...

- Ölməyə vətənə gəlməyin səbəbi nədir, sizcə?

-Torpaq... Çox ölkələrdə olmuşam, ora nə qədər gözəl olsa da rahatlıq tapa bilmirəm. Azərbaycana gələndə özümü rahat hiss edirəm. Bura mənim evimdi, doğmamdı. Bura mənim ana yurdum, ata ocağımdır.

- Məsləhətlərindən yararlandığınız bəstəkarlar varmı?

İlk dəstək olan Ruhəngiz xanım Qasımova oldu. Bəstələrimi, kompozisiyalarımı ona təqdim etdim, baxdı, dinlədi və mənə xeyir- dua verdi. Dedi ki, bu sənəti davam etdir, bu sənə uğur gətirəcək. O mənə ruh verdi, mənə yol göstərdi. Sonra məni müxtəlif şairlərlə tanış etdi. 2010- cu ildə mənim ilk mahnım, ilk əsərim uğur qazandı. Aslan Hüseynovun ifasında “Çağır məni” adlı mahnım 2010- cu ildə Bakı estrada festivalında ən yaxşı mahnı nominasiyasına layiq görüldü. Bu mahnıya aprel döyüşlərindən sonra aprel şəhidlərinin əziz xatirəsinə “Çağır məni” adlı filim də çəkdirmişəm. Böyük təqdimatı oldu. Ümumiyyətlə bütün əsərlərimim yazıram, bəstələyirəm,klip çəkdirirəm, sonra isə təqdimatını təşkil edirəm.

-Münasibət necə olur bəstələrinizə, sevilirmi?

-Bunu siz deyin. Öz bəstələrim haqda nə deyə bilərəm?! Xalqın gözü tərəzidir. Çalışıram ki, xalqın sevgisini qazanım. Mən uğurlarımı, sevinclərimi, sevgilərimi xalqımla bölüşən bir insanam.

-Kilipləriniz ölkə hüdudlarından kənara çıxa bilib?
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

-Bəli, İraqda- Kərkük şəhərində mənim bütün kiliplərim yayımlanır.

- Hansı şairlər daha çox sizə müraciət edir?

-Mənim üçün sözlər önəmlidir. Əgər söz məni tutursa, qəlbimə yatırsa, mütləq dənizə gəlib ona mahnı yazacam. Dənizi çox sevirəm, sanki dənizdən ilham alıram.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT_Fotolar
- Dənizə sevginin səbəbi nədir?

-Bilmirəm... Mən uşaqlıqdan dənizi sevirəm. Uşaq olanda hər səhər atam əlimdən tutub məni dənizə aparardı. Atamın əlindən çıxıb həmişə dənizə tərəf qaçırdım. Elə o vaxtdan da içimdə bir dəniz sevgisi var. Atam da həmişə deyərdi ki, sən bu dənizi nə qədər çox sevirsən...

- Harada böyümüsüz?

-Mən Bakı şəhərində doğulmuşam.

-Əslən bakılısız?

-Atam Naxçıvan tərəfdəndi.

-Dənizə sevginizi əlaqələndirmək istədim...

- Əvvəllər televiziya kanallarında belə bir verliş gedirdi, “Nağıllar aləminə səyahət”. Həftədə bir dəfə olurdu bu verliş və mən həmin bu verlişi səbirsizliklə gözləyirdim. Ən çox da sevdiyim nağıl da “Ağ yelkənlər” nağılı idi. Elə, bəlkə də, dəniz sevgim də nağıllara olan sevgimdən irəli gəlir. Uşaqlıqdan filimlərdə şahzadə rollarında çəkilmək həvəsində idim...

-Filmlərdən söz düşmüşkən, hər hansısa filmə çəkilmisiz?

-Hə, əlbəttə. İlk filmim, ilk rolum türkiyəli rejissor Naci Çelik Berksoyun qruluş verdiyi “Həyat varsa” serialının “Kəlmeyi şəhadət” bölümündən başlayıb. Həmin film mənə uğur gətirdi, ilin oyunçusu mükafatına layiq görüldüm.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT_Fotolar
- Hansı rolda idiz?
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

-Mən müsbət obrazları canlandırıram. Mənfi rollarda oynamıram.

- Mənfi obrazı canlandırmaq da peşəkarlıq tələb edir...

-Təbii ki. Amma mən daha çox öz xarakterimə, özümə uyğun olan rollarda oynamışam.

-Şeir yazırsız?

-Şeirlər... Şeirlər hə, olur amma üzə çıxarmamışam.

- Sandıq ədəbiyyatı?..

-Hə, demək olar ki (gülür).

- Elza Seyidcahan bəstəkar - müğənni kimi fəaliyyət göstərir, hələ şeir də yazır... Necə düşünürsüz, Elza xanım uğurlu bəstəkardı, yoxsa uğurlu müğənni?

- O barədə heç nə deyə bilmərəm. Elza xanımın xətrini çox istəyirəm. Gözəl müğənnidir. Gözəl bəstəkardı. Hər bir bəstəkarın da öz iç dünyası var. Bütün bəstəkarlara, bütün sənət adamlarına hörmət edirəm. Hətta onların mahnıları xaricdə səslənəndə mən qürur duyuram. Amma mənə elə gəlir ki, bəstəkarlıq, şairlik Allahın insana bir lütfüdür, bir vergisidir. Adamlar var ki, bir neçə məktəb bitirir, nə şeir yaza bilir, nə də musiqi bəstələyə bilir. Bu mənada düşünürəm ki, incəsənət adamlarına verilən vergi Allahdandır. Ən gözəl musiqi əsərləri də Allahdan gəlir. Bəstəkar isə o səsi, Allahdan gələn səsi notlara köçürür. Bir mahnı ilə gündəmə gəlmək isə hələ bəstəkar olmaq demək deyil. Bəstəkar həm də özü üzərində işləməyi bacarmalıdır.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

-Daha konkret desək?...

-Münasibətim normaldı. Çünki damarlarımızdan azərbaycanlı qanı axır, heç vaxt pis deyə bilmərəm.

- Bəstəkarlar arasında da qalmamaq olur?

-İstəmərəm bəstəkarlar arasında belə qalmaqallar olsun. Əksinə, hamı bir olmalıdır. Atalar da deyib ki, birlik olan yerdə dirlik də olar. Hamımız, bütün insanlar, hər bir vətəndaş bir yerdə olmalıdır. Biz bir yerdə olub vətənimizə, dövlətimizə xidmət etməliyik. Bu mənada mən hələ ki, bəstəkarlar arasında belə qalmaqallar görməmişəm, eşitməmişəm. Hər birinə də xüsusi hörmətim, sevgim var.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT_Fotolar
- Sizcə, gündəm üçün qalmaqal yaradırlar?

-Sənət adamı gündəmə öz sənəti ilə, öz yaradıcılığı ilə gəlməlidir. Sənətkar elə etməlidir ki, insanlar onun sənətinə, şəxsiyyətinə dəyər versinlər.

- Hansı müğənnilərlə işləmək daha rahatdır? Sənət adamları həm də kaprizni olurlar axı..

-Uşaqlarla işləmək daha gözəldi. Düzdü, deyirlər uşaqlarla işləmək çətindir. Amma mən uşaqlarla işləməyi daha çox sevirəm. Uşaqları sevindirməyi özümə borc bilirəm. Elə sonuncu dəfə uşaqlarla işbirliyim vitse- prezidentimiz Mehriban xanım Əliyevanın doğum gününə həsr etdiyim “İki qəlbin dastanı” adlı mahnıdır. Əslində bu mahnı həm bizim cənab prezidentimizə həsr olunub, həm də Mehriban xanım Əliyevaya. İki qəlbin dastanı, iki qəlbin sevgisi gözəlliklər yaradıb. Azərbaycanımızı gözəlləşdirib...

- Baba Vəziroğlunun sözlərinə yazılan mahnı?...

-Bəli, çox gözəl, dəyərli sözlər yazıb, Baba müəllim. Sözlər məni tutdu, mənə ilham verdi.

- Bəs böyüklərdən kimlərlə rahat anlaşırsız?

- Flora xanım Kərimova, Nisə xanım Qasımova. Sonuncu dəfə Qənirə Paşayevanın sözlərinə bir çox mahnılar yazmışam. Bu mahnılardan birini, “Ana” mahnısını Nisə xanım ifa etdi.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

-Bəstəkarlar müğənnilərdən çox şikayətlənirlər...

-Yox, mən heç vaxt şikayətlənməmişəm. Əksinə, mənim üçün rahatdır. Mən heç kimə də məcburən mahnı verməmişəm.

- Deyirsiz, özləri müraciət edirlər?..

-Elə olur özləri müraciət edir, elə də olub ki, mən təqdim etmişəm ki, belə bir mahnım var. Bu yaxınlarda mən Flora xanıma bir neçə mahnı vermişəm, hamısını da bəyənib.

- Deyəsən, Flora xanım da çox kapriznidi, hər mahnını da bəyənmir...

-Bəli. Flora xanım bizim korifey sənətkarımızdır. Sizə deyim ki, Flora xanımla nə vaxt danışıramsa, biz nə vaxt görüşürüksə ondan sonra işlərim də belə deyək ki, yağ kimi gedir. Onun çox müsbət aurası var. Hərdən ona deyirəm ki, Flora xanım, sən mənim mələyimsən. Özümə qapananda, bir də görürsən zəng edir, deyir ki, Seviçka, qızım, sənin niyə səsin gəlmir? Elə bil ki, o xanım məni duyur, məni hiss edir. Onun zəngindən sonra bir də görürsən məni tədbirlərə dəvət edirlər, yaxşı xəbərlər eşidirəm.

- Sizə bayağı sözlərlə müraciət edən şairlər də olur, yəqin ki...

-Bəli, olur. Çox olur belə hallar.

-Maraqlıdır, etiraz formanız necə olur?

- Sözü üzə deyən adamam. Düzdür, çalışıram ki, heç kimin qəlbinə dəyməyim. Sadəcə deyirəm ki, bu şeirin, bu sözün üzərində daha mükəmməl işləsən, daha dəyərli sözlər yazsan gözəl olar. Onları başımdan eləmirəm. Məsləhətlər verirəm ki, sabahısı gün başqa bir bəstəkarın yanına gedib insanların zövqünü korlamasınlar. Onsuz da xalqın gözü tərəzidir. İstəməzdim o şair, o bəstəkar gülünc vəziyyətə düşsün.

- Bayağı mahnılar da çoxdur...

-Mən onlara qulaq asmıram.

- Qulaq asan kifayət qədər insan var...

-Hərənin öz zövqü, öz musiqi duyumu var. Məsələn, mən klassik əsərləri, kompozisiyaları çox sevirəm. Sənətə gəlişim də kompozisiyalardan başlayıb.

-Bəzi sənət adamları narazılıq edirlər ki, bizə dəyər vermirlər... Bəs siz özünüzə olan münasibətdən razısınız?

-Düşünürəm ki, o dəyərə, o sevgiyə layiq olmaq üçün gərək çox əziyyət çəkəsən.

-Bəs fəxri adlara münasibətiniz necədir?

-Xalqın sevgisi mənə yetər. Şöhrətpərəst deyiləm, nə edirəmsə də bunu özümə borc bilirəm. Heç nəyin təmənnasında da deyiləm. O adı versələr də sağ olsunlar, verməsələr də. Ən əsası insanların sevgisini qazanmaqdır. Məncə, ən böyük mükafat da elə budur.

-Sevinc xanım, mütaliə edirsiz?

-Mən kitab oxumasam da əl işlərim var. Muncuqlardan qeyri- adi əl işləri yaratmağı sevirəm. Bir də rəsm əsərlərini çox sevirəm...

-Sənətinizi davam etdirəcək tələbəniz var?

- Bir neçə tələbəm var ki, onlara pianino öyrədirəm. Bundan əlavə Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın şeirlərindən artıq bir neçə mahnı bəstələmişəm. Bunlar “Mama ne uxadi” və bir də “Bolşevni qılaza” dır. Onu da uşaqlara oxutdurmuşam.

-Özünün xəbəri var?

-Əlbəttə. Mediyada yayımlandı. İTV- də uşaq verlişlərində tez- tez oxuyurlar. Bu mahnılarla uşaqlar festivallara da çıxırlar. Bir də Aslan Hüseynovun ifasında vətənpərvərlik mövzusunda olan “İgidlər yurdusan, ey Azərbaycan” mahnısı da var ki, onu da uşaqlar çox sevirlər.

Bəzən olur görürsən ki, valideyinlər uşaqlarını hər hansısa sənətə məcbur edirlər. Mən buradan valideyinlərə səslənib demək istəyirəm ki, uşqalarınızı zorla hər hansısa peşəyə yönləndirməyin, onlara azadlıq verin öz seçimlərini özləri etsinlər. Bu yaxınlarda hətta bir valideyin uşağını zorla tutub gətirmişdi ki, bunu müğənni elə. Bilirsiz, belə olmaz. İnsanları zorla nəyəsə məcbur etmək olmaz.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT_Fotolar

-Bəs bəstəkarlığı necə, öyrətmək olar?

-Yox. Bu Allahdan gələn vergidir.Əgər o uşaqda güclü musiqi duyumu varsa, əgər o uşağın ruhu varsa, o oturub nə isə yarada bilirsə, bu artıq Allah vergisidir. Məsələn bizim FHN Kəmaləddin Heydərov və Novruz Aslanı götürək. Bu adamlar siyasətçidirlər, amma gözəl mahnılar yazırlar. Ancaq onu da deyim ki, təhsil vacibdir.

- Siz o mahnıları uğurlu hesab edirsiz?..

-Bəli. Kəmaləddin Heydərovun mahnıları dillər əzbəridir. Mən də çox sevirəm onun mahnılarını. Ən çox sevdiyim də ulu öndərimiz Heydər Əliyevə bəstələdiyi mahnıdır. Bu yaxınlarda Qəbələdə Kəmaləddin Heydərovun doğum gününə həsr etdiyim “Cəsur xilaskarlar” kompozisiyasını təqdim etdim. Kəmaləddin müəllim çox sevindi, çox bəyəndi bu kompozisiyamı.

- Maddi dəstək olan var ?

-Xeyr, öz hesabıma edirəm, mənə heç kim kömək etmir. Mənə bu mənada Allah yol açır.

-Hər halda müəllimə maaşı ilə hər hansısa bir oteldə təqdimat etmək bir az çətindir...

-Otelin özü bizim təqdimata dəstək oldu.

-Sevinc xanım, istərdim bir az da “Həyat gözəldir” kompozisiyanızdan, klipinizdən danışaq. ..

- Bu kompozisiya da özümlə baş- başa qaldığım anların məhsuludur. Ən böyük arzum idi ki, ağ paltarda belə bir kompozisiya hazırlayım. Orada həyatın bütün gözəlliklərini əks etdirməyə çalışmışam. Ona görə də həmin kompozisiyada ağ royaldan, ağ paltardan və ağ göyərçindən istifadə etmişəm. Ağ göyərçin bilirsiz ki, sülhün rəmzidir. Mən istərdim ki, dünyamızda, bütün yer üzündə sülh olsun, əmin- amanlıq olsun.. Həyat gözəldir. Hər bir insan, hər birimiz həyatın hər anını, hər dəqiqəsini, hər gününü dəyərləndirməlidir.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT_Fotolar

-Sizin üçün həyatın mənası, gözəlliyi nədədir?

-Mənim üçün həyatın gözəlliyi insanların gözəl olmasında, onların qəlblərinin təmizliyində, paklığındadır. Qoy insanlar bir- birlərinin ayaqlarından çəkməsinlər. Bir- birlərini sevməyi bacarsınlar. Bir- birlərinə dəstək olsunlar. Sevgi dolu bir həyat yaşasınlar. Allah bütün nemətləri, bütün gözəllikləri insan üçün yaradıb. Biz bu gözəlliyi dəyərləndirməliyik, qiymətləndirməliyik. Biz bir- birimizi sevməyi bacarmalıyıq.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

- Adətən sənət adamlarının ailə həyatında problemlər olur. Bu mənada sizdə vəziyyət necədir?..

- Mənə dəstək olan mənim Allahımdır. Və bir də yaxınlarım, doğmalarım. Anam, atam və iki qızım. Kompozisiyalarımı həmişə birinci onlara, anama, atama və övladlarıma göstərirəm. Başqa dəstək olan, kömək olan bir kimsə yoxdur...

-Bəlkə, bir az da arzularınızdan, istəklərinizdən danışsaq...
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT-FOTOLAR

- Qarabağımıza “Qarabağim mənim” adlı bir əsər bəstələmişəm. İnşallah ,cənab prezidentimiz tezliklə işğal olunmuş torpaqlarımızı düşmənlərdən azad edəndən sonra o kompazisiyanı Qarabağda səsləndirəcəm. Ona isə Şuşada filim çəkdirəcəm. Bax bu mənim ən böyük arzumdur. Amma, bəlkə də, mənim həmin gün, torpaqlarımızın azad olunduğu gün sevincimdən ürəyim partlayar, ölərəm. Ancaq mənə nə isə olsa qızlarıma demişəm ki, o kompozisiyanı siz özünüz dövlətə verin. Çünki o kompozisiyanı mən heç yerdə səsləndirməmişəm. Yalnız Qarabağımız, işğal olunmuş torpaqlarımız azad olunandan sonra o kompozisiyanı səsləndirəcəm.
Ruhəngiz Qasımova mənə dedi ki... – SÖHBƏT_Fotolar
-Yaradıcılığınızda nə kimi yeniliklər gözlənilir?

-Yeni “Xatırla məni” adlı kompozisiya bəstələmişəm. Hazırda “aranjiman” olunur. Bu yaxınlarda həmin kompozisiyama klip çəkdirməyi də nəzərdə tuturam. Bu kompozisiya bütün insanlara, bütün peşə sahiblərinə aiddir. Hətta hərbiçilərimizə də. Hər kəs öz həyatını o kompozisiyada görəcək.

-Uğurlar...

-Çox sağ olun!

Söhbətləşdi: Şəhla Aslan
MANERA.AZ