Keçmiş baş hərbi komissar sükutu pozacaq
6-12-2012, 11:15
Oxunub: 6 179
Amma indi yox, seçkilər ərəfəsində
Son dövrlər mətbuatda Milli Məclis üzvlərinin fəaliyyəti ilə bağlı ictimai monitorinqlər təşkil edilir, onların fəaliyyəti gündəmə gətirilir. Modern.az portalı parlament jurnalistlərindən parlamentin 59 saylı Salyan seçki dairəsini təmsil üzvü Əlağa Hüseynovun fəaliyyəti ilə bağlı münasibət öyrənib. Sorğuya qatılan jurnalistlər Əlağa Hüseynovun fəaliyyətinə mənfi qiymət verərək, onu passivlikdə və mətbuatdan qaçaq düşməkdə ittiham ediblər. “Üç Nöqtə” qəzetini parlamentdə təmsil edən jurnalist Elməddin Muradlının onun haqqında fikirləri isə daha sərt olub: “Əliağa Hüseynov nə vaxtdan deputat olub? Mənə elə gəlir ki, o nə deputat kimi, nə də hərbçi kimi özünü doğrulda bilib. Onun deputatlıq fəaliyyəti ilə bağlı heç bir fikrim yoxdur. Çünki bu fəaliyyəti indiyə kimi parlamentdə görməmişəm. Telefonla oynamaq nə vaxtdan deputatlıq sayılır ki? Əliağa Hüseynov bəlkə də yaxşı ağsaqqaldır, yaxşı insandır. Amma deputat kimi jurnalistlərə qarşı həmişə aqressiv olub, bizə yuxarıdan aşağı baxıb, saymazlıq edib”.
Editor.az məsələyə Milli Məclisin deputatı Əlağa Hüseynovun özündən münasibət öyrənib.
Millət vəkili Editor.az-a açıqlamasında “Passiv deputat” elan olunmasından xəbərdar olduğunu desə də, bu barədə qısa danışmağa üstünlük verib: ““Milli Məclisin ən passiv deputatı” elan olunmağımdan xəbərim var. Amma buna hər hansı şərh vermək niyyətində deyiləm. Bu onların öz fikridir. Mən isə kiminsə sözü ilə hərəkət etmirəm. İnşallah, seçki zamanı öz sözümü deyəcəyəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər