“Abel Məhərrəmovla bağlı sözlərim təhrif olunub”
26-12-2012, 10:20
Oxunub: 5 488
Siyavuş Novruzov: “Axı Yeni Azərbaycan Partiyası heç kimin adını Nobel mükafatına təqdim edə bilməz”
“Mənim sözlərim bəzi mətbuat orqanlarında təhrif olunub. Milli Məclisdə demişəm ki, YAP-ın İdarə Heyətinin üzvü Abel Məhərrəmovun elmi cəhətdən əldə etdiyi uğurlar Nobel Komitəsinə təqdim olunub. Amma bir çoxları bunu belə yozublar ki, guya partiya Abel Məhərrəmova Nobel mükafatı verilməsi üçün onun adını Nobel Komitəsində təqdim edib. Axı Yeni Azərbaycan Partiyası heç kimin adını Nobel mükafatına təqdim edə bilməz”.
Bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O deyib ki? Abel Məhərrəmovun yazıları xaricdə çap olunub. “Ondan başqa, YAP İdarə Heyətinin üzvü olan Şahlar Əsgərovun da ixtiraları məşhurdur, hətta NASA-da istifadə edilib. Yeni Azərbaycan Partiyasının sıralarında bu cür çoxlu sayda alim, ziyalı insanlar var ki, kəşflərindən, ixtiralarından dünyada istifadə olunur və məqalələri daim beynəlxalq jurnallarda çap olunur. Azərbaycanda çox alimlərin əsərləri Nobel Komitəsinə təqdim olunub və onlardan biri də Abel Məhərrəmovdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər