“Azərbaycan xalqı prezident İlham Əliyevin siyasətini dəstəkləyir”
28-12-2012, 02:00
Oxunub: 6 141
Əli Həsənov: “Qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək”
“Prezident seçkiləri ölkənin gələcək taleyini müəyyən edən mühüm ictimai-siyasi aksiyadır və buna görə də həmişə cəmiyyəti qayğılandıran ən əhəmiyyətli məsələlər sırasına daxildir”. Bolgexeber.com-un məlumatına görə, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov AzərTAc dövlət agentliyinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycanda seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şərait təmin edilib: “2013-cü il prezident seçkiləri də bu mənada istisna olmayacaq. Şübhəsiz, insanlar seçimlərini edərkən bu günün reallıqlarını rəhbər tutur və qarşıdan gələn dövrdə ölkənin inkişafını təmin edə biləcək liderə səs verirlər. Bu günün reallığı ondan ibarətdir ki, Azərbaycan xalqı prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir”.
Əli Həsənov bildirib ki, İlham Əliyev öz prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır: “Dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə - 2003-cü ildən bu günə kimi cənab prezident xalqın etimadını, gözləntilərini, arzu və istəklərini öz əməli fəaliyyəti ilə tam doğruldub. İctimai rəyin öyrənilməsini həyata keçirən müstəqil sorğu mərkəzlərinin araşdırmaları göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər