“Elşad Abdullayev Bakıya gəlmək istəyir”
11-01-2013, 18:10
Oxunub: 6 155
Adil İsmayılov: "Onun Azərbaycana şahid qismində gətirilməsindən söhbət gedə bilməz"
“Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev Azərbaycana gəlmək istəyir”. Bu barədə Modern.az-a sabiq rektorun vəkili Adil İsmayılov məlumat verib. O bildirib ki, Elşad Abdullayev imkan yaranan kimi Azərbaycana gəlmək istəyir: “Onun Azərbaycana şahid qismində gətirilməsi mümkün deyil. Onun Azərbaycana şahid qismində gətirilməsindən söhbət gedə bilməz. Elşad Abdullayev mənə deyib ki, özü Azərbaycana gəlmək istəyir”.
Vəkilin sözlərinə görə, bəziləri cinayət işinin harada aparılması ilə bağlı ünvanı səhv salırlar. “Gülər Əhmədovanın cinayət işini Bakı şəhər prokurorluğu, Mahir Abdullayevin itkin düşməsi ilə bağlı cinayət işinin istintaqını isə Respublika Prokurorluğunun müstəqil istintaq komissiyası deyilən qurum aparır. Qardaşı Mahir Abdullayevin itkin düşməsi faktı ilə bağlı Elşad Abdullayev zərərçəkən şəxs kimi tanınıb. Gülər Əhmədovanın cinayət işi ilə bağlı isə Elşad Abdullayev zərərçəkən şəxs kimi tanınmayıb. Odur ki, o, bu istintaqda iştirak etmir. O, Gülər Əhmədova barəsində açılmış cinayət işində zərərçəkən şəxs kimi tanınması üçün baş prokuror Zakir Qaralova müraciət edib”, – deyə A.İsmayılov vurğulayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər