BolgeXeber.Com » Müsahibə-Reportaj » Lənkəran DYP-də “Memati” peyda olub-Şikayət məktubu

Lənkəran DYP-də “Memati” peyda olub-Şikayət məktubu

5-02-2013, 11:30
Oxunub: 7 743 Lənkərən DYP-nin rəisi : Biz Qafarov Nurlanla bacara bilmirik

Redaksiyamiza müraciət edən Lənkəran rayon sakini Qəmbərov Zaur Fərahd oğlu Lənkəran DYP-nin əməkdaşı, döş nişanı 1703 olan Qafarov Nurlan və onun “naparniki” Turalın qanunsuz əməllərindən şikayət edir. Şikayətçinin bildirdiyinə görə 4 fevral saat 12 radələrində 10 dəqiqə ərzində mənə iki pratokol tərtib edən Nurlan Qafarov bu protokolları tələb etdiyi pulu ala bilmədiyi üçün yazıb.

Digər şikayətçi isə 25 il DYP-də çalışan və hazırda təqaüddə olan Hüseynov Balaşikişi adlı Masallı rayon sakinidir. O, da Nurlan Qafarovun vətəndaşlarla Memati kimi davrandığından yazır.

Bu məsələlərə aydınlıq gətirmək üçün Lənkəran DYP rəisi Nəsimi Məmmədov ilə əlaqə saxladıq. Rəsiin bildirdiyinə Nurlan Qafarovuin əlindən bezdiyini lakin onunla bacarmadığını dilə gətirdi. “İnanınmırsınız baxın: Deklorasiyada onun yeri Lerik yolu olduğu halda gəlib Lənkəranın çıxışında protokol tərtib edir. Ona görə deyirəm ki, mən bu adamla bacarmıram”

Daha sonra tağım komandiri Sabir Süleymanov əlaqə saxladiq. O da əməkdaşımıza bildirdi ki, mən Nurlanın əlindən artıq təngə gəmişəm.

Hər halda bu məsələ ilə bağlı yuxarı qurumların mövqeyini də dərc etməyə hazırıq.