BolgeXeber.Com » Müsahibə-Reportaj » Səfər Əbiyevin yanvar əməliyyati

Səfər Əbiyevin yanvar əməliyyati

6-03-2011, 12:10
Oxunub: 5 802
Ələkbər Məmmədov:"Nazir çağırış başa çatandan sonra əsgərlərin yerini dəyişib, nə qədər pullar batıb, qaytarılıb"


"Zabitin yerini dəyişmək puldur, məzuniyyətə göndərmək puldur, rütbə vermək puldur. Cəbhə xəttində xidmət etmək pulsuzdur, ora yetim-yesiri göndərirlər"

Müsahibimiz hərbi ekspert Ələkbər Məmmədovdur.

- Ələkbər müəllim, hərb sahəsində korrupsiya ilə mübarizə başlayıbmı?

- Mənə elə gəlir ki, korrupsiya ilə mübarizə işinə dövlət ehtiyatla yanaşır. Bunun iki səbəbi var. Birincisi, orduda korrupsiyanın mövcudluğunu inkar etmək istəyirlər. Digər səbəb odur ki, bunlar ehtiyat edirlər ki, orduda narazılıq daha da artır. Hərbçilərin sosial vəziyyəti ağırdır, psixoloji durum ağırdır. Onlara imkan verilmişdi ki, rüşvət vasitəsilə özlərinə qazanc yeri tapsınlar. Hərbçilər rüşvətxorluğu öz xoşlarına etmirlər. Yuxarı ondan tələb edir ki, ayda bu qədər gətirməlisən.

- İldə dövlət hərbi sahəyə iki milyard manata yaxın pul ayırır. Sizcə, onun neçə faizi oğurlanır, neçə faizi təyinatı üzrə xərclənir?

- Sürtgü-yanacaq materiallarında oğurluq var, ərzaq və geyimdə oğurluq var. Təmirlər, kommunal xərclər adı ilə hərbçilərin maaşlarından kəsirlər. Hərbi sursatın alınmasında da yeyinti məsələləri var. Texnika aldıqları ölkələr özləri korrupsiyalaşmış ölkələrdir. İstismar vaxtı keçmiş texnikanı təzə adı ilə qələmə verirlər. Oğurluq olmayan yeganə sahə təqaüddə olan hərbçilərin təqaüdləridir. Amma onu da gecikdirirlər. Əsgərin yeməyi keyfiyyətsizdir. Məlumatlar gəlir ki, əsgər yeməkxanada yemək yemir, ya valideyn gəlir, ya da zəng edirlər evdən pul göndərilir. Əsgərin geyimi də düşür va-lideynin üzərinə, valideyn bunu təmin edir. Bir çox hərbi hissələrdə vəziyyət belədir. Əsgərlərin çimməyə yeri yoxdur. 8 ayla çimmirlər. Soyuq su ilə üz qırxırlar. Kazarmaları bit basıb.

- Bit dərmanına dövlət pul ayırır?

- Buna yiyəsi olan bir əl lazımdır. Kazarmalar qızdırılmır. Cəbhə xəttində olan hərbi hissələr-də vəziyyət çox ağırdır.

- Hərbi sahə hökumət üçün "Eurovision" qədər də əhəmiyyət daşımır?

- Elədir də. Hərbi sahəyə arılan pul təyinatı üzrə xərclənsəydi, vəziyyət başqa cür olardı. Ha-kimiyyət nümayəndələrini qorumaq üçün nəzərdə tutulan qoşunlarda - daxili qoşun, sərhəd qoşun-ları, milli qvardiya - vəziyyət bir qədər yaxşıdır.

- Hərbi sahədə rüşvət hansı hallarda alınır?

- Rüşvət hərbi komissarlıqdan başlayır. Hər hərbi hissənin öz qiyməti var. Əsgərlərin hərbi hisssələrə bölünməsinə nazirliyin səfərbərlik idarəsi baxır. Qiymətlər qalxıb. Rüşvəti hərbi komissar-lıq işçiləri yox, hərbi geyimdə olan dəllallar alırlar. Rüşvəti yığıb lazım olan adama çatdırırlar. Bu dəllal-lar nazirə və baş qərargah rəisinə yaxın olan adamlardır. Başqalarının bunu etməyə cəsarəti çatmır.

- Bəs deyirlər əsgərləri kompyuter bölür.
- Kompyuterdə də insan işləyir.


- Hərbi hissəyə düşmək neçəyədir?
- 3000, 5000, 8000-ə qədər qalxıb.


- Sərhəd bölgəsinə düşmək pulladır, yoxsa havayıdır?

- Cəbhə xəttinə düşmək pulla deyil. Ora yetim-yesiri salırlar. Əsgər hərbi hissəyə düşəndən sonra valideyni gedir, orda hərbi hissənin komandanlığı ilə görüşüb cibinə pul basır ki, uşağını incit-məsin. Bəzi valideynlər komandirə pul verir ki, onun uşağı postda durmasın. Əsgərlər də var ki, posta getmirlər. Bir əsgəri hər gün basırlar o birinin yerinə naryada, posta. Bunlar da intihara, fərariliyə gətirib çıxarır, ya da silahı götürüb kimlərisi qırır. Mən bir hadisəni danışım. Bu ilin yanvar çağırışı qurtarandan sonra bizim bu danladığımız Səfər Əbiyev müxtəlif hərbi hissələrə düşən əsgərlərin yerini dəyişdirib. Hamısını alt-üst edib. Daxili qoşunlara düşənləri göndərib milli orduya. Milli qvardiyaya düşəni göndərib cəbhə bölgəsinə. Aləmi qatıb, nə qədər pullar batıb, qaytarılıb. Səfər Əbiyevin ətrafındakılar məcbur olub pulları qaytarıblar.

- Niyə belə edib?
- Çağırışla bilavasitə baş qərargah rəisi Nəcməddin Sadıqov məşğul olur. Bu mənim öz fikrimdir ki, yəqin Səfər Əbiyev məlumat alıb ki, Nəcməddin Sadıqov çağırış zamanı bu qədər pul alıb. Əsgərlər hərbi hissələrə gedəndən sonra Səfər Əbiyev yerlərini dəyişdirib, o pullar da batıb. Bunu al-qışlamaq olar. Amma bu, vəziyyətdən çıxış deyil. Vəziyyətdən çıxış üçün hüquqi baza olmalıdır.

- Hərbi qulluqçuları işə götürmək üçün onlardan rüşvət alırlar?

- Zabitin yerini dəyişmək puldur, məzuniyyət vermək puldur, rütbə vermək puldur.

- Gizir olmaq üçün də pul vermək lazımdır?
- Hamısı puldur. Adi bir çavuş rütbəsi almaq üçün də komandir pul tələb edir.

- Neçəyədir?
- 300-400 manat olar.

- Ali hərbi məktəbə, Naxçıvanski adına hərbi məktəbə daxil olmaq rüşvətlədir?
- Bu məktəblərə qəbul testlədir. Ali məktəblərə 100-150 bal yığanlar hərbi məktəblərə dəvət olunur.

- Hərbi məktəblərdə rüşvətsiz oxumaq mümkündür?- Bura Azərbaycandır ey, siz nə danışırsınız? Hərbi komissarlıqda sürücülük vəsiqəsi almaq üçün də rüşvət verməlisən.

- Sizcə, hərbi sahəyə ayrılan iki milyard manatın təxminən nə qədəri oğurlanır?
- Mənə elə gəlir ki, 90-95 faizi oğurlanır.

- Sonra da deyirlər torpağı işğal eləməkdən azad eləməyə hazırlaşırıq?- Tez eləyərlər.