Deputat "ziyalilar forumu"nu topa tutdu
12-02-2013, 13:30
Oxunub: 5 507
"Ümummilli məsələlərdə güzəşt ola bilməz"
““Ziyalılar Forumu”nun Əkrəm Əylisinin “Daş yuxular” romanına gecikmiş və sönük cavabı onların özlərinin də iddia etdiyi kimi, ziyalı mövqeyi ilə bir araya sığmır”. Bu sözləri açıqlamasında Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadə söyləyib.
“Ziyalılar Forumu”nun həmtəsisçisi, yazıçı Əkrəm Əylisinin “Daş yuxular” romanı ətrafında müzakirələr səngimək bilmir. Əsərdə onun azərbaycanlıları bir millət olaraq aşağılması, erməniləri üstün xalq kimi təqdim etməsi, milli ədavətin qızışdırılması Azərbaycanda və Türkiyədə ciddi etirazla qarşılanıb. Ona qarşı kütləvi narazılıqların intensivləşdiyi bir ərəfədə Əkrəm Əylisli “xalq yazıçısı” fəxri adından və “prezident təqaüdü”ndən məhrum olunub. Lakin nədənsə onun təmsil olunduğu “Ziyalılar Forumu”nun bu məsələdə susqunluğunu müşahidə edirik.
Millət vəkili Çingiz Qənizadə hesab edir ki, ümumilli məsələlərdə heç bir güzəştdən söhbət gedə bilməz: “Ermənilər bizə qarşı soyqırım törədiblər, qocaya, qadına, uşağa baxmadan xocalılara qarşı vəhşiliyə imza atıblar. 20 faiz torpaqlarımızı işğala məruz qoyublar, bir milyondan artıq həmyerlimizi öz yurd-yuvalarından didərgin salıblar. Belə bir vəhşi, qaniçən bir milləti dəstəkləyən, onları üstün xalq kimi təqdim edən bir yazıçıya hər kəs öz etirazını bildirməlidir. İctimaiyyətin hiddətləndiyi, öz kəskin etirazlarını bildirdiyi bir ərəfədə Əkrəm Əylisinin təmsil olunduğu “Ziyalılar Forumu” bu məsələdə uzun müddət susqunluq nümayiş etdirdi. Eşitdiyimə görə, bir neçə gün qabaq onlar yumşaq tənqid dozası ilə bu hadisəyə etirazlarını bildiriblər. Amma bu kifayət qədər gecikmiş bir addımdır. Bu məsələyə ən tez reaksiya verən elə ziyalılar olmalı idi”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər