Hafiz Hacıyevdən porno saytların bağlanmasına reaksiya: - "Gənclər əyləncə axtarırlar"
16-08-2018, 13:39
Oxunub: 5 752
Ötən gündən etibarən Azərbaycanda bəzi porno saytlara giriş məhdudlaşdırılıb.
Yenicag.az-a açıqlama verən Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev bunun doğru addım olduğunu bildirib.
Partiya sədrinin sözlərinə görə, bu cür saytlar milli mentalitetə ziddir:
“Bəzi saytlar bu gün reketçiliklə məşğuldur. Əxlaqsız, pornoqrafik fikirlər yayırlar. Bu da xalqımızın milli mentalitetinə ziddir. Bu cür saytların bağlanılması zəruridir. Düşünürəm ki, bizim mentalitetimizə, Azərbaycanın dövlətçiliyinə, zərər gətirən saytların fəaliyyət göstərməsi düzgün deyil. Bu cür saytlar müxtəlif yollarla pul qazzanmağa çalışırlar. Bu da yolverilməz haldır. Belə əxlaqsızlıq olmaz axı. Onların arxasında kimin durduğu, nəyə xidmət etdikləri bizim üçün bəllidir”.
Məsələ +18 saytlara girişin məhdudlaşdırılması sosial şəbəkədə birmənalı qarşılanmayıb. Belə ki, bu addımı doğru hesab etmir, hətta bunu zarafata salanlar da var. Hafiz Hacıyev isə açıqlamasında bildirib ki, gənclər bu cür əyləncələrdən uzaq olmalıdırlar:
“Gənclər əyləncə axtarırlar. Bu cür əyləncə onlara lazım deyil axı. Çünki gənclərimizin tərbiyəsi pozulur. Onlar dövlətçiliyimizin qorunması üçün çalışmalıdırlar. Bu işlərlə məşğul olmaqdansa, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün öz fikirlərini “facebook” səhifələrində yazsınlar. Bu işdə fəal olmalıdırlar. Onlar girib nəyəsə baxacaqlar deyə, biz milli mentalitetə zərbə vura bilmərik axı”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər