“Yaşıl teatr”dan Baloğlan Əşrəfovun ittihamları ilə bağlı – Açıqlama
10-09-2018, 14:12
Oxunub: 13 502
“Yaşıl teatr” əməkdar artist Baloğlan Əşrəfovun konserti ilə bağlı deyilən ittihamlara açıqlama verib
Teatrın direktoru Seyran Cavadov AzNews.az-a açıqlamasında bildirib ki, Xattab Organization” şirkətinin rəhbəri Samir Xəttab konsert günü özünü yaxşı aparmayıb və nalayiq ifadələr işlədib:
“Təşkilatçı nə “Yaşıl teatr”a, nə də Baloğlan Əşrəfova bir manat da pul ödəməyib. Bizim aramızda müqavilə imzalanıb. Həmin müqavilədə göstərilən şərtlər var. Samir həmin şərtlərin birinə də əməl etməyib. Yazıq neyləsin, Samir aldadıb onu. Bütün günahlar Samirdədir. Teatrın işıq, qaz, su pulu var. Bu konsretdən kommunal xərclərin heç biri ödənilməyib. Konsert gününə kimi də gəlib yalvarıb. Özünü pis aparıb, nalayiq sözlər işlədib. Baloğlan müəllimi aldadıb ki, onun sponsorları var. Konsert verən sənətçi bilet satmır”.
Seyran Cavadov vurğulayıb ki, əgər təşkilatçı sözügedən konsertlə bağlı müqavilədə göstərilən şərtlərə əməl etməsə, teatr tərəfindən şirkətə qarşı hüquqi müstəvidə addım atılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər