BolgeXeber.Com » Müsahibə-Reportaj » Tanınmış jurnalist bu gün əməliyyat olunacaq - Ürəyinə daha iki stent qoyulacaq

Tanınmış jurnalist bu gün əməliyyat olunacaq - Ürəyinə daha iki stent qoyulacaq

19-10-2018, 10:30
Oxunub: 4 106 Tanınmış jurnalist bu gün əməliyyat olunacaq - Ürəyinə daha iki stent qoyulacaqTanınmış jurnalist Səbuhi Məmmədli bu gün əməliyyat olunacaq.

Bu barədə Metbuat.az-a Səbuhi Məmmədli özü məlumat verib. O qeyd edib ki, dünən bir neçə müayinədən keçib:
“Bu gün ürək damarlarıma stend qoyulacaq. Həkimlər müayinəyə qədər açıqürək əməliyyatının keçirilə biləcəyi ehtimalını da qeyd etmişdilər. Ürəyimin bir damarına bu gün, birinə isə bazar ertəsi günü stent qoyulacaq”.

Tanınmış jurnalist həmçinin bildirib ki, həkimlər tam vaxtında gəldiyimi bildiriblər: “Mən bir daha normal həyatıma dönə bilməyim üçün göstəriş verən cənab prezident İlham Əliyevə, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova və mənə dəstək olan hər bir kəsə dərin təşəkkürümü bildirirəm. Ümid edirəm ki, tezliklə sağlamlığıma qovuşaraq vətənə qayıdıb jurnalistikadakı fəaliyyətimi davam etdirəcəm”.

S.Məmmədli qeyd edib ki, ürəyinə stent qoyulandan və səhhəti normallaşandan sonra şəkər və ağciyərindən müalicə alıb vətənə geri dönəcək.

Jurnalistin həkimi, kardiocərrah Roman Ryabuşkanın Metbuat.az-a verdiyi məlumata görə, həmkarımızın vəziyyəti qənaətbəxşdir: “Sentyabrda keçirdiyimiz əməliyyatdan sonra səhhətində irəliləyiş var”.

Qeyd edək ki, Səbuhi Məmmədlinin Ukraynada əməliyyata getməsi üçün sosial şəbəklərdə yardım kampaniyası başlanılmışdı. Bir müddət öncə isə tanınmış jurnalist Metbuat.az-ın canlı yayımının qonağı olub, xəstəliyi və əməliyyatı barədə ətraflı məlumat verib. Kampaniyanın gedişində Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkə başçısı cənab İlham Əliyevə jurnalistin müalicəsinə kömək göstərilməsi üçün xahiş edib. Prezident İlham Əliyev Səbuhi Məmmədlinin səhhətində yaranmış problemlərin aradan qaldırılmasına kömək göstərilməsinə dair müvafiq göstəriş verib.

Xatırladaq ki, ötən ay jurnalist Ukraynada müalicə olunduğu sanatoriyada infarkt keçirib və Poltava şəhərində xəstəxanaların birində əməliyyat olunub, onun ürək damarlarından birinə stent qoyulub.