"Televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar?"
5-11-2018, 11:57
Oxunub: 4 954
“Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar?”
Bunu Moderator.az-a açıqlamasında Şeyx Əbdül Mahmudbəyov aktyor Tahir İmanovu televiziyalarımızın “istedadsız” adlandırmasına münasibət bildirərkən deyib. Xalq artisti bilirib ki, məsələ sülh yoluyla həll edilməlidir:
"Tahirə bunu dedizdirən səbəb var. Onu çox yaxşı tanıyıram, böyük hörmətim var. Təəssüflər olsun ki, bildiyimə görə onu efirlərimizə buraxmırlar. Burda bir acı ağrı var və bu xəstəlik elə şeydir ki, gərək bunun birinci diaqnozun qoyasan, sonra müalicə edəsən. Tahir və Cabir İmanov da, o nəsil KVN-ni Heydər Əliyevdən bizə miras qalıb. Onların içində xalq artisti olanlar da var. Bu gün bunun konkret səbəbi nədir ki, Tahirə qarşı televiziyalarımız amansızdırlar, onu efirə buraxmırlar? Onu nədə suçlayırlar, günahı nədir? Tahir İmanov cəmiyyətdə və ictimaiyyətdə tanınan bir adamdır. İndi əlində hakimiyyət olan, arxalı-dayaqlı imkanlı telekanallar və onların rəhbərliyi bunu düzələn səmtə yönəltməkdənsə, bir az da münasibətləri korlayaraq qızışdırırlar.
Mən nə təklif edirəm? Bütün müharibələr onsuz da sülhlə qurtarıb. Necə ki, mənim Hacıbala Abutalıbovla “müharibəm” sülhlə qurtardı. (Gülür). Televiziyalarımız Tahir İmanovun bir kəlməsindən tutub onu “top”a tutmaqdansa, əksinə, kişilikləri çatırsa, hər iki kanal - Xəzər TV-də, ATV-də (ATV-ni biz qurmuşuq, amma indi orda hazırın naziri olanlar var, heç indi məni də o kanala dəvət etmirlər) bir veriliş təşkil edib bir neçə elm adamını dəvət edib, Tahir İmanovla birlikdə müzakirə edərək buna bir aydınlıq gətirsinlər. Burda bir barış olsun. Tahir də düşmən deyil. Bizim arxalı-dayaqlı dəhşətli düşmənlərimiz var, biz onlara qarşı birləşməliyik. Bu gün xalq tərəfindən sevilən, qəbul olunan adamları incitməli deyilik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər