"Sportinq"in baş məşqçisi: "Açığı, bu hesabı gözləmirdim"
30-11-2018, 12:45
Oxunub: 5 175
"Oyuna çox yaxşı başladıq. Birinci və ikinci qolu əlverişli vəziyyətdən vurduq. "Qarabağ”ı çox bəyənirəm. Açığı, bu hesabı gözləmirdim. Amma bu gün yaxşı oynadıq. Bunu bazar günkü çempionat matçında da gözləyirəm”.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Sportinq”in baş məşqçisi Marsel Keyzer "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra mətbuat konfransında deyib.
Rəqib çalışdırıcı "Qarabağ”la bağlı fikirlərini bildirib: "İlk hissədə bizə bəzi çətinlik yaşatdı. Topların cinahlara keçilməsində çətinliklərlə üzləşirdik. Cinah müdafiəçiləri də hücumlara qoşulurdular. Fasilədə bu haqda danışdıq və nəzarət altında saxlamaq barədə məsləhət gördük. İkinci hissədə bunu etdik və xeyrini gördük".
Marsel Keyzer öz komandası haqda bunları deyib: "Oyununuzu 10 balla şkalayla 7-8 bal arasında qiymətləndirirəm. Yaxşı çıxış etdik. Amma daha yaxşı oynaya bilərik. Ancaq hələ ki oynadığımız futboldan razıyıq. İki oyuna 10 qol vurmuşuq. Əvvəla, komandada qol vuran futbolçular olmalıdı. Bunlar yetərincə çoxdu. İstər yarımmüdafiəçilər olsun, istər də hücumçular. Bu baş məşqçi üçün yaxşıdı. Ancaq bəzən uğursuz matçlar da oub. Əsas mövsümü yaxşı keçirməkdi. Bu gün 60-70 dəqiqə topa sahib ola bildik. Daha yaxşı ola bilər deyəndə, mənim üçün əsas 90 dəqiqə topla davranmaq yox, qol vəziyyətləriini necə yaratmağımızdı. İki həftəyə görə oyunumuz yaxşıdı".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər