BolgeXeber.Com » Müsahibə-Reportaj » Yerli seriallarda kişilər niyə aşağılanır?

Yerli seriallarda kişilər niyə aşağılanır?

10-01-2019, 12:01
Oxunub: 4 561 Yerli seriallarda kişilər niyə aşağılanır?Son zamanlar sosial şəbəkələrdə və cəmiyyətdə ən çox rast gəldiyimiz sərt tənqidlər həm də müasir seriallarla bağlıdır.

Əksəriyyət hazırda telekanallarımızda yayımlanan yerli serialları bəyənmir, bu ekran işlərinin televiziya üçün sanballı olmadığını düşünür. Xüsusilə, teleseriallarda obrazların, əsasən də, kişi obrazlarının daha yüngül xarakterli, bəsit və şit davranışlı olması barədə fikirlər eşidirik.
Maraqlıdır, həqiqətən də, müasir seriallarda kişi obrazı aşağılanırmı? Belədirsə, səbəbi nədir?
Bu barədə Modern.az-a fikirlərini bölüşən Azərbaycanın xalq artisti, rejissor-aktyor Əbdül Mahmudov bildirib ki, belə tendensiyanın yaranmasının iki səbəbi var:

“Birinci səbəb bu ola bilər ki, müəlliflərin aktyorlara təqdim etdiyi ssenarinin quruluşu aşağı səviyyəlidir. Senarinin mətnindən asılı olaraq, aktyorlar rolu ifa edirlər. Əgər belədirsə, aktyorların heç bir günahı yoxdur.
İkinci səbəb isə bu seriallarla məşğul olan müəlliflərin ictimai fikrində problem olmasıdır. Ola bilməz ki, tendensiya şəklində bu durum inkişaf etsin. Eyni vaxtda, müəlliflərin yazdığı ssenarilərdə rollar, onların xarakteri eyni cürdürsə, deməli problem var”.
Əbdül Mahmudovun fikrincə, hansısa müəllif düşünürsə ki, cəmiyyət yüngül xarakterli, şit davranışları ilə seçilən kişi obrazını daha çox izləyir, özünün problemi var:
“Tamaşaçının dırnaqarası serialları və yüngül obrazları daha çox sevdiyini iddia edən şəxslər xalqı təhqir etmiş sayılır. Belə düşünən şəxslərin nəinki kino, mədəniyyət sahəsində çalışmağa, bu cəmiyyətdə yaşamağa belə haqqı yoxdur. Xalq qeyrətli kişilərə, yaxşı obrazlara həmişə baxır və sevir, qadın, arvad donuna girən kişiləri deyil”.