BolgeXeber.Com » Müsahibə-Reportaj » “Belə “kişi”nin boyunu yerə soxum”

“Belə “kişi”nin boyunu yerə soxum”

18-01-2019, 15:01
Oxunub: 4 244 “Belə “kişi”nin boyunu yerə soxum”“Bu hamıya aid deyil, amma indi cəmiyyətimizdəki bəzi adamlar Saşanın, Adolfun səviyyəsinə düşüb”

“Bunların hamısı təhsilimizin, milli şüurumuzun aşağı olmasıyla bağlıdır”
Bunu Moderator.az -a açıqlamasında yazıçı Seyran Səxavət son zamanlar sosial şəbəkələrdə qadınlarla bağlı yayılan xəyanət videolarına münasibət bildirərkən deyib. S.Səxavətin sözlərinə görə bunu ancaq savadı və düşüncə qabiliyyəti aşağı olan adamlar edə bilər:
“Cəmiyyətimizdə bu gün baş verən iyrəncliklər təhsilsizliklə bağlıdır. Normal təhsili, düşüncə qabiliyyəti olan insan öz qadınını bu şəkildə şantaj etməz. Bu, biabırçılıqdır. Görün nə günə qaldıq. 1962-ci ildə Bakıya gələndə bir kəndçimiz var idi, onun yanında qalırdım. Orda sonsuz bir rus ailəsi yaşayırdı. Bir həftə orda qaldım və üç-dörd dəfə kişi arvadını döydü. Soruşdum ki, əmioğlu, bu rus arvadını niyə döyür? Əmioğlum dedi ki, “Hər dəfə əri evinə gələndə arvadının yanında başqa bir kişi olduğunu görür və ona görə də döyür. Arvadı da, “Saşa bir də olmayacaq” desə də hər dəfə bunu təkrar edir”. Beləcə arvadını başqasıyla tutan kişi onu döyə-döyə ömür sürürdü. Bir yəhudi lətifəsi var. Ər evinə gələndə görür ki, arvadının yanında Adolf adlı alman kişi var. Bir neçə dəfə Adolfun onlarda olduğunu görəndən sonra dözməyib qeyrətə gəlib deyir ki, “Adolf, sən çox vicdansız adamsan!”.
Bu hamıya aid deyil, amma indi cəmiyyətimizdəki bəzi adamlar Saşanın, Adolfun səviyyəsinə düşüb. Əgər bu gün bir və ya beş nəfər belə adam varsa, bunun özü də faciədir. Bu, “Donuz qripi”ndən daha təhlükəlidir. Şüurlu adam bu cür addımlar atmaz. Normal səviyyəli, sivil bu əsrin adamıdırsa, xəyanət edən arvadını sakitcə boşayıb yola salar. Bunların hamısı təhsilimizin, milli şüurumuzun aşağı olmasıyla bağlıdır. Milli şuru da “doğan”, “bələyən”, “göbəyini kəsən” təhsilimizdir. Belə “kişi”nin boyunu yerə soxum”.