“İnternetdə bir çox oyunlar var ki, yeniyetmələri intihara sürükləyir...” Psixoloq valideynlərə səsləndi...
15-02-2019, 15:22
Oxunub: 5 614
“Ümumiyyətlə, istənilən bir oyun hardasa insanın içində müəyyən bir boşluğu doldurmağa yönəlib”.
Bunu Moderator.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov son zamanlar yeniyetmələrin internet oyunlarına görə, intihar etməsi məsələsindən danışarkən deyib. Psixoloq bildirib ki, internetdə gəncləri intihara sürükləyən bir çox oyunlar var:
“Məsələ təkcə “Mavi balina” oyunu ilə bitmir. Bu gün internet üzərindən buna bənzər digər oyunlar da var ki, yeniyetmələr və gənclərimiz bu oyunun qurbanına çevrilir. Ümumiyyətlə, istənilən bir oyun hardasa insanın içində müəyyən bir boşluğu doldurmağa yönəlib. İnsan hansısa bir mənəvi boşluq duyarsa, hansısa vasitələrlə onu doldurmağa çalışır: kimi kitab oxuyur, kimi doğmaları ilə vaxt keçirir, kimi işləyib, çalışır. Elə insanlar da var ki, o boşluğu məhz internet üzərindən doldurmağa çalışırlar və bir qismi də həmin oyunların qurbanına çevrilir. O oyunların da özəlliyi ondan ibarətdir ki, sürətli davam edir, insanı cəlb edir və bundan sonra insanları idarə etməyə başlayırlar. Oyunların özəlliklərindən biri də dinamik və interaktiv olmasıdır”.
Psixoloq valideynlərin uşaqları üzərində nəzarəti gücləndirməyin vacibliyini vurğulayıb:
“Mümkün qədər gənclərimiz bundan uzaq durmağa çalışmalıdırlar. Valideynlər diqqətli olmalıdır. Əgər valideyn görürsə ki, uşaq uzun müddət internetdə vaxt keçirir, oyun oynayır. Bu, artıq “SOS” siqanlıdır. Valideyn bununla maraqlanmalıdır ki, bu nə oyunudur və mahiyyəti nədən ibarətdir. Çünki gündəlik iş prosesində də biz bu cür hallarla rastlaşırıq. Təkcə “Mavi balina” oyunu deyil, başqa oyunlar da var ki, sadəcə onların adlarını çəkmək istəmirəm. Çox vaxt şahidi oluruq ki, yeniyetmə belə oyunun qurbanına çevrilib, qolunu kəsib, intihara cəhd edib. Ona görə maksimal şəkildə valideynlər diqqətli olmalıdırlar. Əgər belə bir şey görürlərsə, tədbir görməlidirlər. Bunun da yaranma səbəbi qeyd etdiyim kimi insanın içində olan boşluqdur”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər